Piyadalar da yol polisi cərimələrini ExpressPay ilə ödəyə bilərlər
Bildiyiniz kimi, ExpressPay terminalları ilə DYP cərimələrini ödəmək daha rahatdır.
Belə ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələrinin operativ ödəniş imkanını təmin edir. 24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 500-dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı cərimələrinizi rahat və sürətli ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.
Ümumiyyətlə, ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.
Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 21 d. əvvəl
-
37 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"





















