Dollar "Tramp"dan sonra ucuzlaşır
ABŞ Prezidenti Donald Tramp Dolların güclü olmasından və Fed-in faiz artırmasından narahat olduğunu dilə gətirib. Tramp, "Güclü Dollardan və Fed-in faiz artımlarından məmnun deyiləm" deyib. Prezidentin açıqlamasından sonra Dollar ucuzlaşmağa başlayıb.
"Marja" xəbər verir ki, Donald Tramp "CNBC"yə verdiyi müsahibəsində güclü Dolların ABŞ-ı əlverişsiz vəziyyətə saldığını bildirib və Çinin valyutası Yuanın sərt bir şəkildə düşdüyünü qeyd edib.
Güclü pul vahidi, ölkənin ixracını daha bahalı hala gətirir.
Eyni zamanda Tramp, Fed-in faiz artırmasına dair narazılığını da dilə gətirib. Onun sözlərinə görə, artan faizlər borc almağı bahalaşdırır, ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətini aşağı salır və ləngidir. Tramp qeyd edib ki, artan faizlər iqtisadi islahatlarının təsirlərini azaldır.
Sonra Ağ Ev tərəfindən verilən açıqlamada Prezidentin Mərkəzi Bankın müstəqilliyinə hörmətlə olduğunu və pul siyasəti qərarına müdaxilə etmədiyi qeyd olunub.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Dollar İndeksi 0.04 faiz düşərək 95.128 bənd olub. Yen qarşısında 0.11% geriləyən dollar 112.35 səviyyəsindən əməliyyat olunub. Avro/dollar məzənnəsi 0.1 faiz qalxaraq 1.1661 səviyyəsindən alıcı tapıb (Avro bahalaşıb, Dollar ucuzlaşıv).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)

