"Soğan satışında çətinliklə üzləşmişdik"
Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyi ilə Səhmdar Cəmiyyətin birgə əməkdaşlığı nəticəsində Ağdamın cəbhəyanı kəndi olan Çəmənlidə sosial aksiya keçirilib.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaydığı məlumata görə, birinci Qarabağ Mübaribəsi əlili Çingiz Əsədovun sahəsində əkib-yetişdirdiyi soğan məhsulları tarlabaşında tədarük olunub. Kənd sakini bir müddət əvvəl İctimai Birliyin üzvləri rayonda olarkən məhsullarının satışına köməklik göstərilməsini xahiş etmişdi. Hər iki qurum operativ məsləhətləşmə apararaq əlil vətəndaşın müraciətini müsbət cavablandırmaq haqda qərar qəbul etdilər.
Ümumi çəkisi 15 ton olan soğan məhsulları Səhmdar Cəmiyyətin öz nəqliyyat vasitələri ilə real bazar qiymətinə tədarük olunaraq həftəsonu yarmarkalarda satışa çıxarılacaq.
“Bu il məhsuldarlığımız yüksək oldu, rayonda soğan istehsalı bol olduğu üçün satışında çətinliklə üzləşmişdik. Bir az da sahədə qalsa məhsulun böyük hissəsi kəskin istilərin təsiri ilə zay olacaqdı. “Regional İnkişaf” İctimai Birliyin üzvləri rayonumuzda olarkən müraciət etdim, onlarda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin köməyi ilə mənə böyük köməklik göstərdilər. Hətta məhsullarımı bazar qiymətinə uyğun qiymətə aldılar. Bu addımla məni gələn il daha çox əkməyə ruhlandırdılar. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına bu qədər sürətli, operativ xidmət göstərən təşkilatlar yaratdığına görə, cəbhə xəttində yerləşən əhaliyə diqqət və qayğısına görə Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm”- deyə kənd sakini bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























