Azərbaycan şirkətləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək
30 avqust – 1 sentyabr tarixlərində Çində “6-cı Çin-Avrasiya” Sərgisi keçiriləcək. Azərbaycan şirkətləri də bu sərgidə öz məhsulları ilə təmsil olunacaqdır.
Avqustun 9-da Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “6-cı Çin-Avrasiya” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların Çinə ixracının genişləndirilməsi üçün əlverişli platforma olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu sərgi həmçinin, Çin bazarının imkanlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çin bazarı üzrə aparılmış araşdırmalar da bu bazarın Azərbaycan məhsullarının, xüsusilə də şərab, spirtli və alkoqolsuz içkilərin tədarükü üçün sərfəli olduğunu göstərir.
İclasda həmçinin, Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasının önəmi qeyd edilib, Azərbaycan brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi bildirilib. Məlumat verilib ki, AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə beynəlxalq sərgilərdə iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçiriləcək, onlarla beynəlxalq sərgilərdə iştirak məsələlərinə dair müzakirələr aparılacaqdır.
Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların “6-cı Çin-Avrasiya” Sərgisinə, “Made in Azerbaijan” brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















