Fond və banklar operativ məlumat mübadiləsi apara biləcək - YENİ SİSTEM
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) informasiya texnologiyaları sahəsində yeni layihələrin icrasına davam edərək, ƏSF-nin üzvü olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə “Elektron Hesabat Sistemi” (EHS) yaradıb.
Banklar Əmanətlərin Sığortalanması Fonduna təqdim etdikləri rüblük hesabatları Fond tərəfindən yaradılmış internet-portalına Milli Sertifikat Xidmətləri Mərkəzinin buraxdığı və bankın adına alınmış elektron imza sertifikatlarından isitfadə etməklə daxil edə biləcəklər. Bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla Fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir.
Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir. Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının “Asan ödəniş” terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.
Xatırladaq ki, bundan öncə Əmanətlərin Sığortalanması Fondununun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyası təmin edilib ki, bu da ölkə ərazisində fəaliyyət göstərən bütün bankların 2000-ə yaxın xidmət şəbəkəsində və “Azərpoçt” MMC-nin 1300-dən çox məntəqədə, 1000-dən çox ödəniş terminallarında nağd formada və www.gpp.az internet-portalından, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada ləğv prosesində olan bankların kredit ödənişlərinin qəbul edilməsinə imkanı verir.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulması üzərində iş aparır. Bu layihə proseslərin avtomatlaşdırılması, mövcud sistemlərin daha müasir və dayanıqlı sistemlərlə əvəz edilməsi, sistemlərin funksional imkanlarının təkmilləşdirilməsi, əlaqədar təşkilatlar arasında informasiya mübadiləsinin müasir tələblər səviyyəsində qurulması və qeyd olunan sistemlər üzrə yeni ehtiyat mərkəzdə müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
31 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR























