Türkiyə şirkətinin bəzi məhsullarının Azərbaycanda istehsalına başlanıb
Türkiyənin “Eczaçıbaşı” şirkətinin bəzi məhsullarının Azərbaycanda istehsalına başlanıb.
Bunu "Engin LTD" şirkətinin direktoru Gürkan Andaçın bildirib.
"Azərbaycan şirkəti olaraq məqsədimiz Azərbaycanda istehsal edə biləcəyimiz bütün məhsulları burada istehsal edə bilmək, eyni zamanda daha çox insanı işlə təmin edə bilməkdir. Əlbəttə ki, önəmli olan həmin məhsulların Azərbaycanda eyni yüksək keyfiyyətlə istehsal olunmasıdır. Buna isə ancaq düzgün planlama və təşkilatlanma, yüksək investisiya ilə nail olmaq olar. Məhz bu məqsədlə 7 illik investisiya planı işləyib hazırladıq. Bu planımızın ilkin mərhələsi olaraq artıq Türkiyənin məşhur “Eczaçıbaşı” şirkətinin brendləri olan “Selpak” və “Silen” markalarının bəzi məhsullarının şirkətin öz lisenziyası ilə Azərbaycanda istehsalına başlamışıq. Adıçəkilən məhsulların burada istehsal olunması istehlakçılarımıza daha sərfəli qiymətə yüksək keyfiyyətli məhsullar təqdim etməyimizə şərait yaradır".
Gürkan Andaç əlavə edib ki, növbəti mərhələ daha çox “Eczaçıbaşı” məhsulunun, növbəti mərhələlərdə isə digər tərəfdaşların məhsullarının Azərbaycanda istehsalına başlnması nəzərdə tutulur.
"Engin LTD" şirkəti dünyaca məşhur markaları Azərbaycan bazarına təqdim edir. Şirkət “Procter&Gamble”, “Eczaçıbaşı”, “Coty”, “Fater”, “Danone”, “Kellogg’s”, “Castrol”, “Ferrero Group” və digərləri kimi nüfuzlu dünya şirkətlərinin tərəfdaşıdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© FED
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























