Lüks avtomobillər bahalaşan benzin ilə ucuzlaşa bilər
Ötən gün Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub. Bəs görəsən benzinin qiymətinin artmasının avtomobillərin qiymətinə hansısa təsiri olacaqmı?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycana idxal olunur.
“Azərbaycanda Tarif Şurası tərəfindən yalnız Aİ-92 markalı benzinin qiyməti tənzimlənir, digər benzinlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Həmin benzinlər ölkəyə sahibkarlar tərəfindən gətirilir. Sahibkarlar həmin benzinin qiymətini müəyyənləşdirirlər.
Ekspertin sözlərinə görə, ölkədə benzin istehlakının 90 faizindən çoxunu Aİ-92 markalı benzin təşkil edir.
“Aİ-95 və Aİ-98 markalı benzinlər təxminən istehlakın 7 faizini təşkil edir ki, bu da birbaşa vətəndaşlarımızın Aİ-92 markalı benzindən istifadəsi ilə bağlıdır.
Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin artması nisbətən bahalı avtomobillərin, lüks avtomobillərin və bəzi yeni avtomobillərin xərcini artıracaq. Təbii ki, digər avtomobillər də var, onlar Aİ-95 markalı benzinlə çalışır. Amma aparılan monitorinqlər göstərir ki, Azərbaycanda əsasən bahalı avtomobillərdə Aİ-95 markalı benzindən istifadə edilir. Ona görə ehtimal olunur ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin artması bahalı avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Çünki bu, bahalı avtomobillərə tələbin azalmasına gətirib çıxaracaq. Son zamanlar avtomobil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunurdu, bu da avtomobil bazarında olan durğunluqla bağlı idi. Amma Aİ-95 markalı benzinin qiymətinin bahalaşması bu benzindən istifadə edən avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaq. Amma kəskin ucuzlaşmasmanın olması gözləilmir”.
V.Bayramov deyib ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni zavod inşa edilir.
“İnşa edilən bu zavodda “Avro 5” standartlarına cavab verən benzinin istehsal olunacağı gözlənilir. Həmin istehsal olunacaq benzinin xərci nə qədər olacaq, hansı qiymətlə daxil olunacağını indidən proqnozlaşdırmaq çətindir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























