Ötən il 567 milyard qazanıblar, bu il isə 736 milyard dollar gəlir götürəcəklər - 28 FAİZ ARTIM

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin keçən il neft ixracından əldə etdiyi gəlir bir əvvəlki illə müqayisədə 28,6% artaraq 567 milyard dollara yüksəlib.
"Marja"nın ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarından topladığı məlumatlara görə, Brent neftin orta hesabla barrel qiyməti 2016-da 43,74 dollar olarkən, 2017-də bu qiymət 54,15 dollar olaraq müəyyən edilib.
Həmin dövrdə Qərbi Texas (WTI) tipli xam neftin orta hesabla barrel qiyməti isə 43,33 dollardan 50,79 dollara yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin ötən il neft ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə 28,6 faiz artımla 567 milyard dollara yüksəlib. Həmin məbləğ, 2016-da 441 milyard dollar olaraq reallaşmışdı.
EIA tərəfindən, OPEC ölkələrinin neft ixracından əldə edəcəyi ümumi gəlirin bu il 736 milyard dollar, gələn il isə 719 milyard dollar olacağı təxmin edilib.
SƏUDİYYƏ ƏRƏBİSTANI BİRİNCİ YERDƏDİR
EIA-nın məlumatlarına görə, OPEC-in ən böyük istehsalçısı və dünyanın ən çox xam neft ixrac edən ölkəsi mövqeyində olan Səudiyyə Ərəbistanı, ötən il OPEC üzvləri arasında ən çox gəlir əldə edən ölkə olub.
Belə ki, Səudiyyə Ərəbistanının 2016-da 134 milyard dollar olan neft ixracı gəliri ötən il 24,6% artım göstərərək 167 milyard dollara çatıb.
Bundan başqa, ötən il Səudiyyə Ərəbistanın neft ixracından əldə etdiyi gəlirin OPEC-in ümumi ixrac gəlirlərinin içindəki payı 29,4 faiz olub.
İRAQ İKİNCİ YERDƏDİR
OPEC ölkələri arasında keçən il neft ixracından ən çox gəliri əldə edən ikinci ölkə isə İraq olub.
İraqın neft ixracından əldə etdiyi gəlir 2016-da 53 milyard dollar ikən, 2017-də 30,2 faiz artaraq 69 milyard dollara yüksəlib.
Keçən il, İraqın neft ixracatından əldə etdiyi gəlirin OPEC-in ümumi ixrac gəlirlərinin içindəki payı 12,17% təşkil edib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Neft ixracı mədaxilində, İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə OPEC daxilində üçüncü yeri tutublar.
BƏƏ-nin neft ixracı gəliri 2016-da 45 milyard dollar ikən, 2017-də 22,2 faiz artımla 55 milyard dollara çatıb. Həmin dövrdə İranın gəliri isə 48,6 faiz artımla 37 milyard dollardan 55 milyard dollara yüksəlib.
İki ölkənin neft ixracatından əldə etdiyi gəlirin OPEC-in ümumi ixrac gəlirlərinin içindəki payı isə 19,4 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
