ABŞ və Meksika ticarət danışıqlarında razılığa gəldi
ABŞ Prezidenti Donald Tramp, Meksika ilə ticarət danışıqlarında razılığa gəldiklərini açıqlayıb.
"Marja" xəbər verir ki, Tramp, "Oval Ofis"də Meksika Prezidenti Enrique Pena Nieto ilə telefon üzərindən bir mətbuat konfransı təşkil edib.
Qüvvəyə 1994-cü ildə minmiş və ABŞ, Meksika, Kanadanın üzvü olduğu Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) adının dəyişdiriləcəyini bildirən Tramp, yeni müqavilənin adının "ABŞ-Meksika ticarət müqaviləsi" olacağı məlumatını verib.
Tramp, NAFTA-nın ABŞ-a illərdir zərər verdiyini qeyd edərək, "Hazırda qüvvədə olan müqaviləni (NAFTA) ləğv edəcəm və ABŞ-Meksika müqaviləsi qüvvəyə minəcək",-ifadəsini istifadə edib.
"Bu ən böyük ticarət sazişi ola bilər",- deyən Tramp, Kanada ilə də ticarət danışıqlarının qısa müddətdə başlayacağını bildirib.
Tramp, Kanada ilə ayrıca müqavilə bağlana və ya Kanadanın ABŞ-Meksika arasındakı müqaviləyə qoşula biləcəyini deyib.
Digər tərəfdən, Kanadanın ABŞ-dan idxal etdiyi süd məhsullarının bəzilərinə 300%-ə çatan gömrük vergisi tətbiq etdiyinə diqqəti çəkən Tramp, "Ən asanı Kanadanın avtomobillərinə gömrük tarifi tətbiq edərik, amma əvvəl onlara bir şans verəcəyik",-deyib.
Meksika Prezidenti Nieto isə NAFTA -nı yeniləmək üçün ABŞ ilə aylardır çalışıldığını vurğulayaraq, "Ümid edirəm ki, Kanada da yeni müqavilənin bir hissəsi ola bilər",- şəklində danışıb.
ABŞ ilə Meksika arasında ticarət razılaşmasının təmin edildiyinin açıqlanmasının ardından Nyu-York Birjasında indekslər yüksəlib.
ZAMANA QARŞI YARIŞ
Amerika qanunlarına görə, ABŞ ilə Meksika arasında yeni müqavilənin qüvvəyə minməsi üçün Trampın Konqresə ən azı 90 gün əvvəldən yeni ticarət müqaviləsi bağladığını xəbər verməsi lazımdır.
Yeni Meksika Prezidenti Andres Manuel Lopez Obradorun 1 Dekabrda vəzifəyə başlayacağını nəzərə aldıqda, indiki Meksika Prezidenti Nietonun yeni müqaviləni bu tarixdən əvvəl təsdiq etməsi gözlənilir.
Bu halda, Kanadanın da daxil olaraq hər 3 ölkəni əhatə etməsi məqsədi güdən yeni müqavilənin ABŞ Konqresinə vaxtında getməsi üçün Trampın Kanadanın Baş naziri Justin Trudeau ilə ən gec cümə günü ticarət məsələlərində razılığa gəlməsi lazımdır.
Mütəxəssislər, 5 iş günü ərzində ABŞ ilə Kanada arasında ticarət münaqişələrinin həllinin çətin olduğunu vurğulayıb, iki ölkənin ticarət müzakirələrinin aylarla davam edəcəyinə diqqəti çəkirlər.
Bu halda, ABŞ-ın Meksika ilə bağladığı ticarət müqaviləsinə bənzər ikili bir müqaviləni Kanada ilə də bağılaya bilər.
ABŞ, Meksika və Kanadanın bir-biri ilə olan illik ticarət dövriyyəsi təxminən 1 trilyon dollara çatır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























