Nazir süd istehsalçıları ilə görüşüb
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.
Görüşdə ölkədə heyvandarlığını inkişafı məsələləri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Nazir fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib.
Bu cür görüşlərin keçirilməsində məqsəd aqrar sektorun davamlı inkişafını təmin etməkdir. Görüşdə assosiasiya üzvlərinə nazirlikdə yeni yaradılmış fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin və Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti haqqında məlumat verilib. İştirakçılara bildirilib ki, nazirlik tərəfindən Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanır.
Müzakirələrdə iştirak edən “MPRO”, “Biləsuvar aqro”, “Amal” şirkətlərinin, “SANİ”, “Bozdağ”, “Real İnkişaf”, Beyləqan və Tərtər fermer təsərrüfatlarının “Gilan Diary Farms”, “Nüsr Ət aqro” “Yalama Aqropark” məhdud məsuliyyətli cəmiyyətlərinin, “”Bərdə RVR LTD”nin “Çiçək” süd fermer təsərrüfatının, Türk Qida Sənaye birliyinin təmsilçiləri dövlət proqramı layihəsinin hazırlanması təşəbbüsünü dəstəkləyiblər.
Səsləndirilən təkliflərin Assosiasiya üzvləri ilə növbəti görüşlərdə bir daha müzakirə olunması, uyğun təkliflərin heyvandarlığın inkişafına dair Dövlət Proqramı layihəsinə daxil edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























