
“Azərsun Holdinq” tonunu 53-75 manata alır

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev bildirib ki, rayonun iqlimi və torpaqları şəkər çuğunduru becərmək üçün olduqca əlverişlidir.
Tərtərli fermerlər bu texniki bitkini becərməklə yüksək məhsuldarlığa nail olur və gəlir əldə edirlər. Rayonda şəkər çuğundurunun becərilməsinə 1990-cı illərdə başlanılsa da, 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər. Həmin vaxtdan etibarən şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin sayı çoxalıb.
Eyni zamanda, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödənilir.
Mehman Babayev qeyd edib ki, 2017-ci ildə şəkər çuğunduru bitkisinin hər hektarından əldə olunan məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci yerdə olub. Bu il rayonda 859 hektarda şəkər çuğunduru becərilib. Düzgün aqrotexniki qulluq sayəsində sahələrdə bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Bu günədək 5500 ton məhsul yığılaraq, İmişli Şəkər Zavoduna təhvil verilib. Cari ildə rayonda 40 min tondan çox şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır.
“Azərsun Holdinq” şirkətinin Tərtər və Ağdam bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibov bildirib ki, holdinq fermerlərin şəkər çuğunduru istehsalına marağını artırmaq üçün bir sıra stimullaşdırıcı tədbirləri həyata keçirir. Bu il Tərtər rayonu üzrə 333 fermerlə şəkər çuğunduru becərilməsi üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, torpaqların şumlanmasını, gübrə, toxum və aqreqatlarla təminatını şirkət həyata keçirir. Çuğundurun becərilməsi üçün fermerlərə hər hektara görə 100 manat ödənilir. Şəkər çuğunduru əkilən bütün sahələr sığorta şirkətləri tərəfindən sığortalanır. Sığortanın 50 faizini şirkət öz üzərinə götürür. Becərmə zamanı şirkətin aqronomları aqrotexniki tədbirlərin düzgün aparılması üçün fermerlərə lazımi məsləhətlər verir. Bundan başqa, sahələrdən yığılmış məhsulun maşınlara yüklənib İmişli Şəkər Zavoduna daşınması xərcini də şirkət həyata keçirir. Çuğundurun qiyməti isə tərkibində olan şəkərin miqdarından asılı olaraq hər tonu 53-75 manat olmaqla dəyişir. Çuğundurun tərkibində şəkərin miqdarı 14 faizdən artıq olduqda əlavə 3 manat da ödənilir. Hazırda yığılan məhsulun şəkərliliyi 15 faizdir ki, bu göstərici ilə hər tonun qiyməti orta hesabla 66 manatla hesablanır. Fermerlər məhsulu təhvil verdikdən iki iş həftəsi ərzində pullarını alırlar.
Rayonun Qaynaq kənd sakini Zaur Qaraşov şəkər çuğunduru becərilməsindən gəlir əldə etdiyinə görə bu bitkinin əkin sahələrinin genişləndirib. "Ötən il 7 hektarda şəkər çuğunduru becərdim. Bütün aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsuldarlıq yüksək oldu. Sahələrdən 405 ton məhsul götürdük, yaxşı gəlir əldə etdik. Odur ki, bu il şəkər çuğunduru əkinlərini 12 hektara çatdırdım. Bu il də sahələrdə məhsulumuz boldur. 600 tondan yuxarı məhsul gözləyirik. Yaxın günlərdə şəkər çuğundurunun yığımına başlayacağıq", - deyə fermer bildirib.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
4 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR
Son Xəbərlər

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
