Dünyada 3-cü yerdə qalmalıyıq - "60 MİN TON GÖZLƏNİLİR"
Bu il Azərbaycanda 60 min tondan çox fındıq məhsulunun istehsal olunması gözlənilir.
Bunu açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Azərbaycanın dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac etdiyini bildirən İ.Orucov qeyd edib ki, ən iri idxalçılar İtaliya (9 min ton), Rusiya (6 min ton) və Almaniyadır (3 min ton).
“Ölkəmiz fındıq ixracatçısı kimi dünyada 3-cü yerdədir və düşünürük ki, cari ildə də bu pilləni qoruyub saxlayacağıq”, - deyən assosiasiya sədri fındıq məhsullarının hazırda yalnız Bakı şəhərində Qida Təhlükəsizliyi Agentliyinin nəzdində olan laboratoriyada analizdən keçirildiyini diqqətə çatdırıb.
İxracla bağlı proqnoza gəldikdə, İsmayıl Orucov deyib: “Son bir ayda Türkiyə iqtisadiyyatında lirənin dollar qarşısında dəyər itirməsi və əsas iri alıcı olan Avropa ölkələrinin daha ucuz qiymət strategiyası aparması ixracatçıların narazılığına səbəb olur. Avqust-sentyabr aylarında dünyada ixrac dinamikası zəifdir və bu da Azərbaycana təsirsiz ötüşmür. Bu cür vəziyyətdə nə qədər fındıq ləpəsinin ixrac olunmasına dair fikir söyləmək düzgün olmaz”.
Azərbaycanda hazırda 50 min hektar məhsuldar fındıq bağı olduğunu söyləyən İ.Orucov qeyd edib ki, assosiasiya tərəfindən aqrotexniki qaydaların tətbiqinə diqqət yetirilməsi, eləcə də keçirilən təlimlər gələcəkdə bu bağlarda daha çox məhsul əldə etməyə şərait yaradacaq.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycandan 21 min ton fındıq ləpəsi ixrac olunub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























