Aqrokimyəvi maddələrlə bağlı xəbərdarlıq!
"Mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin ölkəyə idxalı cəhdləri müşahidə olunur".
Qida Təhlükəsizliyi Agentliyinin məlumatı:
-Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, o cümlədən qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, o cümlədən herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunmaqdadır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır.
Eyni zamanda bildirilir ki, yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış, etiketləşdirilmiş pestisidlər və gübrələrin idxalına icazə verilir.
Nəzərə almaq lazımdır ki, sınaqları aparılmamış, istifadəsi üçün müsbət rəy alınmayan və mənşəyi məlum olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi əhalinin sağlam qida məhsulları ilə təmin edilmsinə ciddi təhlükələr yaratmaqla yanaşı, əkinə yararlı məhsuldar torpaqların uzunmüddətli çirklənməsi və sıradan çıxmasına səbəb olur.
Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi təsərrüfat sahələrində çalışan insanların, həssas əhali qrupuna daxil olan hamilə qadınların, uşaqların, qocaların sağlamlığına ciddi fəsadlar törətməklə genofondumuza mənfi təsir göstərə biləcək hallara gətirib çıxara bilər.
Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, qeydiyyatdan keçməmiş bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















