Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər - TƏKLİF
Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.
Bəs Azərbaycanda yaxın zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi?
Nə üçün buna icazə verilmir?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov açıqlama verib.
Deputat bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir:
“Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yararlanmalıdır. Bu, mənim şəxsi fikrimdir. Misal üçün, biz Rusiyada yaşayan azərbaycanlıları nəyə görə ya Azərbaycanı, ya da Rusiyanı seçməsi üçün dilemma qarşısında qoymalıyıq? Bu gün Rusiyada, ABŞ-da və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamlarımız var. Onlar nə üçün Azərbaycan vətəndaşı ola bilməsin? Düşünürəm ki, ikili vətəndaşlığa pis baxılması keçmiş SSRİ dövründən qalan haldır. Bilirsiniz ki, Sovet İttifaqı dövründə ikili vətəndaşlıqdan söhbət gedə bilməzdi. Həmin dövrdə ikili vətəndaşlıq məsələsi mütləq siyasətlə əlaqələndirilirdi. Ancaq bu gün vəziyyət tamam fərqlidir. Bu gün dünyada nəinki iqtisadiyyat, hətta idman da siyasətlə əlaqəlidir. Ona görə biz də qlobal dünyanın tələblərinə uyğun addımlar atmalıyıq. Ən azı çalışmalıyıq ki, Azərbaycan da ikili vətəndaşlığın imkanlarından yararlana bilsin. Daha xaricdə yaşayan soydaşlarımızı dilemma qarşısında qoymaq lazım deyil. Bu cür addımlar Azərbaycan vətəndaşlarının itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu da indiki vəziyyətdə Azərbaycanın mənafelərinə uyğun deyil”.
R.Cəbrayılov ikili vətəndaşlığın Azərbaycan üçün müəyyən fəsadlarının da ola biləcəyini qeyd edib:
“Məsələn, təxminən Gürcüstanda yaşayan yarım milyona qədər əslən azərbaycanlı, lakin Gürcüstan vətəndaşı olanlar kütləvi şəkildə oranın vətəndaşlığından imtina etməsi və ölkəmizin vətəndaşlığını qəbul etməsi halları ola bilər. Bu da nəticədə Gürcüstandakı bizim dədə-baba torpaqlarının sonda boşalmasına gətirib çıxara bilər. Buna imkan vermək olmaz. Bildiyimiz kimi, Gürcüstan vətəndaşı olan əslən azərbaycanlıların ölkəmizə gəlib-getməsində müəyyən çətinliklər olur . Onlar çətinlik çəkməsinlər deyə, qanunvericilikdə bu halı yumşaltmaq olar. Yəni, bu halı əslən azərbaycanlı olan başqa ölkə vətəndaşlarına şamil etməmək olar. Hesab edirəm ki, bu cür hallarla ikili vətəndaşlığa icazə vermək olar. Hazırda isə qanunvericilikdə ikili vətəndaşlığa yol verilmir. Əgər buna yol verilsəydi Gürcüstanda yaşayan azərbaycanlılar ikili vətəndaşlıq ala bilərdi. Onların ölkəmizə gəlib-getməsində də çətinliklər olmazdı. Bildiyimiz kimi, hər hansı bir ölkənin vətəndaşlığını qəbul edən şəxs 3 ay müddətində hakimiyyət orqanlarına məlumat verməlidir. Əgər belə etməsə bu cinayət məsuliyyəti yaradır”.
Deputat deyib ki, ikili vətəndaşlığa icazə verilsə, o zaman ayrı-ayrı xarici ölkələrdə yaşayan və Azərbaycana bağlı olan insanlar bu imkandan yararlana biləcək:
“Əks halda Azərbaycana bağlı və ya azərbaycanlı olan insanları dilemma qarşısında qoymuş oluruq. Yəni, biz həmin insanları ya Azərbaycan, ya da digər ölkənin vətəndaşı olmağa məcbur edirik. Yaxşı olardı ki, həmin insanlar yaşadıqları ölkələrin vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı olsunlar. Bunun üçün də mütləq Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir neçə il öncə Azərbaycan qanunvericiliyinə əlavə və dəyişikliklər olunub. Hətta biz Cinayət Məcəlləsinə də əlavələr etmişik. Bütün bunlar olsa da, ancaq Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa imkan vermir”.
R.Cəbrayılov qeyd edib ki, ikili vətəndaşlığı qadağan edən analoji qanun bu gün çox az ölkələrdə qalır:
“Bunlardan biri də Rusiyadır. Amma təcrübə də göstərir ki, qanunvericiliklə ikili vətəndaşlığa icazə verən ölkələr bu imkanlardan daha çox bəhrələnirlər. Bundan həmin ölkələr daha çox qazanır. Hesab edirəm ki, Azərbaycanda da buna imkan yaradılsa, ölkəmizə fayda verəcək”.
Deputat onu da vurğulayıb ki, iki vətəndaşlıq məsələsi ilə bağlı beynəlxalq konvensiyaya ehtiyac var.
“Çünki dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi vaxtda dünya ölkələrinin vətəndaşlıq haqqında qanunlarının bir-birinə uzlaşdırılması çox vacib məsələyə çevrilib. Bu gün dünyada elə ölkələr var ki, bir neçə vətəndaşlığa, elə ölkələr də var ki, Azərbaycan kimi yalnız tək vətəndaşlığa icazə verir. Bütün bunlara görə də bir çox ölkələrin vətəndaşlıq haqqında qanunları arasında toqquşma yaranır. Bir çox beynəlxalq konvensiyalar zaman-zaman tənzimləndiyi üçün hesab edirəm ki, bu sahədə də tənzimlənmələrə ehtiyac var”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
28 d. əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
41 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
3 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb




















