Banka qoyulan pulları başqa adamların adına yazıb - 313 MİN MANAT ZİYAN
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Mahmudov özünü təqsirli bilmədiyini deyib.
O bildirib ki, banka qoyulan pulları bəzi hallarda müştərinin yox, başqa adamın adına yazıb: "Qiyas özü istəmədi ki, pulunu onun öz adına qoyum. Təranə isə mənim müştərim idi. Özü mənə biznes işi təklif etdi. Mən də işçimi göndərdim. Təranəyə isə 30 min dollar pul verdim. Təranə demişdi ki, Türkiyədən mallar gələcək. Lakin iş alınmadı. Həmin qadına verdiyim pulların yarısı Qiyasın idi".
İttiham aktına əsasən, A.Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 min 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 min 784 manat pul ödənilib.
A.Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddələri ilə ittiham edilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






