Dövlət Bakının bu ərazisində əhalidən böyük həcmdə torpaq alacaq
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidenti"Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) inkişafının təmin edilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.
İsçi qrupuna verilən tapşırıqlardan biri, Azad Zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısının hazırlanmasıdır. Qısası, Azad Zona əhalidən alınacaq torpaq sahəsində yaradılacaqdır.
Sərəncamda deyilir:
Yaradılmış İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını;
-Azad Zonanın ərazi sərhədləri, həmin sərhədlər daxilində ilkin mərhələdə inkişaf etdirilməli olan və perspektiv inkişaf üçün nəzərdə tutulan ərazi hissələrinin hüdudları, Azad Zona ərazisinin zonalaşdırılması (yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat, nəqliyyat infrastrukturu, mühəndis infrastrukturu, ehtiyat və digər zəruri zonalar) barədə təkliflərini;
-Azad Zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını;
-Azad Zonanın ilkin mərhələdə inkişaf etdirilməli olan ərazi hissəsinə münasibətdə:
-beynəlxalq təcrübə nəzərə alınmaqla, Azad Zonanın ərazisini və həmin ərazidə yaradılması nəzərdə tutulan infrastrukturu, habelə yerləşdiriləcək digər obyektləri özündə əks etdirən ərazi planlaşdırılması layihəsini;
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























