Cərrah iri holdinqin icraçı direktoru oldu
İlyas Həsənov "Synergy Group" MMC-nin icraçı direktoru təyin edilib.
"Marja" xəbər verir ki, bu təyinata qədər o, Gəncə beynəlxalq xəstəxanasının ("Synergy Medical" MMC-ə məxsusdur) baş direktoru olub.
İ.Həsənov paralel olaraq "Synergy Capital Group" MMC-nin direktoru vəzifəsini icra edir.
Həsənov İlyas Şahsuvar oğlu 8 mart 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988-1998-ci illərdə Bakı şəhəri 249 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin fakültənin cərrahiyyə bölümünü bitirib. 2004-2006-cı illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yerləşən Mərkəzi Rentgen-Radiologiya İnstitutunda radiologiya üzrə, 2006-2008-ci illərdə isə rentgen-cərrahiyyə üzrə ordinaturaları bitirmişdir. 2008-2009-cu illərdə Hamburq (Almaniya) şəhərində Asklepios Klinik Altonada İnvaziv Radiologiya, xüsusən İnvaziv Neyro-radiologiya üzrə ixtisas artırmada olmuşdur.
Bu müddət ərzində Beyin damarlarında olan patologiyaların-anevrizma, arterio-venoz-malformasiya, arterio-venoz-fistul, damar daralmaları, damar tıxanmalarının invaziv yolla müalicəsi üzrə ixtisaslaşmışdır. 2009-2010-cu illərdə İstanbul şəhərində yerləşən Başkent Universitetinin xəstəxanasında, Medikal Park xəstəxanalarında invaziv radiologiya üzrə uzun müddətli kurslar keçmişdir. 2010-cu ildə İtaliyanın Ferrara şəhərində yerləşən Damar xəstəliklər Mərkəzində Professor Paola Zamboninin yanında venoz damarlarda invaziv müdaxilələr üzrə kurs keçmişdir. Qeyd edək ki, məhz Paola Zamboni çox geniş yayılmış və müalicəsi hələdə tam bəlli olmayan Dağınıq Skleroz xəstəliyində yeni müalicə sayılan CCSVI zamanı venoz damarların Balon Angioplastikası və stent implantasiyası əməliyyatlarını dünyada ilk tətbiq edən həkimdir.
2010-cu il Noyabr ayının 24-də Sankt-Peterburq şəhərində Qaraciyərin metastatik şişlərinin invaziv metodlarla müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Bir çox elmi məqalələri yerli və xarici jurnallarda dərc olunmuşdur.
Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib. Bu əməliyyatlardan - Anevrizmaların Coil Embolizasiyası, Qaraciyər şişlərinin kimyəvi embolizasiyası, Uşaqlıq Miomalarının Embolizasiyası (UAE), Qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki embolizasiya və sairə. Artıq 8000 dən çox invaziv radioloji əməliyyatı uğurla icra etmişdir. CIRSE (Cardiovascular and Interventional Radiological Society of Europe) 2007-ci ildən Azərbaycandan ilk və yeganə tam üzvüdür.
2009-2012 illərində Mərkəzi Gömrük Hospitalının, 2012-2016 illərində MediStyle Hospitalın İnvaziv Radiologiya şöbəsinin rəhbəri olmuş. 2015-2016 illərində Avrasiya Hospitalın baş həkimi vəzifəsində işləmişdir. 2016-cı ildən Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru idi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Contact, ilyashasanov.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























