"Petkim" STAR-da pay sahibi olur - II TRANŞI ÖDƏYƏCƏK
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding" İzmirdə inşa olunan STAR Neft Emalı zavodunda 18% dolayı yolla sahib olmaq üçün tələb olunan məbləğin II tranşını sentyabrın 30-a qədər "SOCAR Turkey Enerji" şirkətinə ödəyəcək.
Bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
Məlumata görə, tranşın məbləği 240 mln. ABŞ dolları təşkil edir.
"Bu il yanvarın 9-da "SOCAR Turkey Enerji A.Ş" ilə imzalanan müqaviləyə əsasən, STAR zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanıldığına görə, nəzərdə tutulan məbləğin ikinci tranşı olan 240 mln. dolların "SOCAR Turkey Enerji"yə sentyabrın 30-a qədər ödənilməsinə qərar verilib",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu il yanvarın əvvəlində "Petkim Holding" "SOCAR Turkey Enerji A.Ş"dən "Rafineri Holding"in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb. Bu sazişlə, "Petkim" STAR-da dolayı olaraq 18% pay sahibi olur.
Müqavilədə "Petkim"in "Rafineri Holding"in 30%-i üçün 720 mln. dolları 3 bərabər hissə şəklində ödəməsi qeyd edilib. İlkin ödənişin səhmlərin alınması haqqında saziş imzalandıqda, ikinci ödənişin "STAR" neft emalı zavodunun istimara verilməsi üçün sınaq işləri başlandıqda, son ödənişin isə səhmlərin təslim tarixində ödənilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, "Rafineri Holding"in 30%-i 2019-cu ilin 31 martında təslim olunacaq.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























