Bu gün Dollar/Manat məzənnəsi necə dəyişdi? - GÜNƏ BAXIŞ

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 14-nə USD/AZN rəsmi məzənnəsini 1,7301 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin artdığı müşahidə olundu. Qeyd edək ki, banklarda Dolların qiyməti ötən həftənin cümə günü və bu həftənin bazar ertəsi də qalxmışdı. (Banklarda Dolların alış və satış qiymətləri ilə buradan tanış olun)
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7296 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında cüzi - 0,03% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmaqda davam etdi. Maraqlısı bu idi ki, hərracda Dollar ucuzlaşsa da, banklarda Dollar qalxırdı. Adətən həracda Dollar ucuzlaşanda, banklarda məzənnə aşağı düşürdü. Bu dəfə tərsinə oldu.
- Axşam saat 17:05-də Mərkəzi Bank 15.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7296 səviyyəsində müəyyən olunduğunu açıqladı
-Günortadan sona bu da məlum oldu ki, Dövlət Neft Fondu bu gün Mərkəzi Bankında keçirilən valyuta hərracına 35 milyon dollar məbləğində vəsait çıxarıb. Hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. Hərracda tələb 37 milyon dollar ətrafında olub. Beləliklə, tələb təklifi təxminən 2 milyon dollar üstələyib. Yenə, tələb təklifdən çox olduğu şəraitdə Mərkəzi Bank Dolların ucuzlaşdığını açıqladı. Bu, “üzən məzənnə” rejiminə dair şübhələri artırdı.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmır. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Qeyd etdiyimi kimi, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmi səviyyə ilə müqayisədə rəsmi məzənnə 10%-ə yaxın geriləyib (Manat 10% bahalaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
