"Karat Holding" sanatoriya, "Atef" zavod tikir"
Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır.
Bunu Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib.
S.Qurbanov qeyd edib: "Biz böyük məmnuniyyətlə Rusiya Federasiyasının bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırılmasına marağını stimullaşdırmağa hazırıq".
O bildirib ki, son vaxtlarda İşgüzar Şuranın üzvləri tərəfindən və bilavasitə Şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib:
"Yessentuki şəhərində Azərbaycanın "Karat Holding" şirkəti tərəfindən investisiya dəyəri 25 milyon dollar olan sanatoriya-kurort mərkəzi istismara verilib. Bundan başqa, Azərbaycanın "Atef" şirkəti Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici rezidenti olub. Artıq elektrotexnika avadanlıqları zavodunun tikintisi gedir, investisiya həcmi təqribən 18 milyon dollar təşkil edir".
Qeyd edək ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə yaradılıb. Şuranın əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası RF-nin analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə İşgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir.
Bundan əvvəl Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclası 2017-ci ilin dekabrında keçirilib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 9 d. əvvəl
-
-
23 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq





























