Azərbaycanda məşhur pivə istehsalçısının adı dəyişdi
2017-ci il 14 fevraldan "Baltika-Bakı '' MMC "Carlsberg Azerbaijan'' MMC adına dəyişdirilib. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olduğu “Carlsberg Group” şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.
“Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri şirkətin adı istisna olmaqla dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. "Baltika-Bakı" MMC şirkətinin bütün hüquq və vəzifələri hüquqi varisə "Carlsberg Azerbaijan '' MMC-yə keçəcək”,-deyə bildirilib.
Zavod Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavod 2008-ci ildən Carlsberg Group-a daxildir və 2009-cu ilin may ayında zavod yenidənqurma işlərindən sonra açıldı. Ölkənin pivəçəkmə sahəsində lider olan bu şirkətin payına bazarın təxmini 75% -i düşür. Şirkət Azərbaycan Respublikasının qeyri-xammal sahəsinin ən iri şirkətlərindən biri və yüzlərlə vətəndaşın iş yeridir.
İllik vergi ayırmalarının həcmi 15-20 mln AZN təşkil edən bu şirkət 2015-ci ildən tam şəffaf biznes fəaliyyəti göstərdiyinəgörə AR Vergilər Nazirliyinin "vergi tərəfdaşı '' statusunu alıb. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir. Şirkət təxmini 190 nəfəri işçini və 400 vasitəçini iş yeri ilə təmin edib (distribütorlar , agentliklər, podratçılar). Zavodun inkişafına qoyulan investisiyaların ümumi məbləği 47 mln. AZN təşkil edir. Şirkət Xırdalan, Tuborg, "Baltika 7", "Baltika 0", "Baltika 9", Xırdalan Draft, Kuler, Əfsanə , "Jiqulevskoye firmennoye" kimi məşhur brendlərin pivəsini istehsal edir.
Carlsberg Group - 1847-ci ildə təsis olunmuş dünyada ən iri pivəçəkmə şirkətlərindən biridir. Şirkətin pivə brendlərindən və digər içkilərdən ibarət geniş portfeli var. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı, Kopenhagendə şəhərində yerləşir. Dünyanın üç iri regionunun Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində yerləşən zavodlar Carlsberg Group -a məxsusdur və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























