Şirkət rəhbəri etiraz edir - "Elə edirlər ki, ölkədən çıxıb gedək"

Azərbaycan şirkəti xaricə avans köçürüb, mal idxal edilib, lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında məhkəmə tərəfindən cərimələnib.
Qısa qeyd ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə (270 gün) müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Vip Escort” MMC-nin direktoru Rəşad Quliyev “Marja”ya bildirdi ki, 2017-ci ilin Oktyabr ayında rəhbərlik etdiyi şirkət Mercedes markalı avtomobilin alınması üçün Almaniyada fəaliyyət göstərən “Mercedes Centre”ə 55500 avro köçürüb. Avansın qarşılığında alınan avtomobil həmin ay da Azərbaycana idxal edilib. Lakin tranzit nömrə sürücünün adına alındığından avtomobil gömrükdə həmin sürücünün adına rəsmiləşdirilib:
“Bu səbəbdən gömrük bəyannaməsi hüquqi şəxsin deyil, fiziki şəxsin adınadır. Avtomobil hüquqi şəxsin (“Vip Escort”) adına rəsmiləşdirilmədiyindən hesabımız olan banka idxal nömrəsi təqdim edə bilmədik. Banka fiziki şəxsin adına olan nömrəni təqdim etdik, lakin onu qəbul etmədilər. Beləcə,müddət 270 günü ötdü. Qanuna görə, 270 gün ərzində idxal nömrəsi banka təqdim edilməsə, Palata məhkəməyə müraciət edir. Palata bir ay öncə Nərimanov rayon məhkəməsinə müraciət etdi. Məhkəmə qısa müddətdə, nümayəndəmizi dinləmədən qərar çıxartdı. Şirkətimi 55500 avronun 20%-i məbləğində, yəni 11100 avro cərimə etdilər. Apelyasiya şikayəti verdik. Apelyasiya da qərarı qüvvədə saxladı".
Rəşad Quliyev qeyd etdi ki, qanunda boşluq var. Həmçinin, müqavilədə göstərilən mal ölkəyə idxal olunduğundan cərimə etməyə bilərdilər:
“Qanunda qeyd edilir ki, “müvafiq mallar idxal edilmədikdə” hüquqi şəxs cərimələnir. Qanunda yoxdur ki, mal mütləq fiziki və ya hüquqi şəxsin adına gətirilməlidir. Biz hesabımızdan pulu müqavilə əsasında köçürmüşük. Müqavilədə alınan avtomobilin şassi nömrəsi və digər məlumatlar göstərilib. Həmin şassi nömrəli avtomobil də Azərbaycana idxal olunub, gömrükdə rəsmiləşdirilmə aparılıb, vergi və rüsumlar ödənilib. Fakt budur ki, biz malı ölkəyə idxal etmişik. Amma əlimizdə fiziki şəxsin adına bəyannamə var. Bəyannamə hüquqi şəxsin adına olmadığından məni cərimələdilər. Hesab edirəm ki, bu cərimə yazılmaya da bilərdi. Çünki burada qanun pozuntusuna yol verilərək ölkədən valyuta çıxarılmayıb. Elə edirlər ki, ölkədən çıxıb gedək”.
Rəşad Quliyev əlavə etdi ki, idxal edilən avtomobil onu sürüb gətirən şəxsə satılacaqdı.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 saat əvvəl
-
1 gün əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 3 gün əvvəl
-
3 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 3 gün əvvəl
-
3 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
3 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 3 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
