Banka korporativ kreditlər üzrə menecer və mütəxəssis tələb olunur
1. AFB Bank Korporativ kreditlər üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Korporativ kreditlər üzrə menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Ən azı 1 il rəhbərlik təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• MBNP-nin, Mərkəzi Bankın, bu sahəyə aid olan qayda və normativləri bilmək
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri
• Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı.
İŞİN TƏSVİRİ:
• Korporativ kreditlər bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək;
• Banka yeni müştərilər cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, kredit və qeyri-kredit məhsullarının satışların həyata keçirilməsini təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Tabeçiliyində olan əməkdaşlardan daxil olan Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
2. AFB Bank Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Korporativ kreditlər üzrə mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
51 d. əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
1 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
2 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
2 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















