Türk Lirəsi üçün kritik gün - BAHALAŞIR
Xəbər yenilənir...
Bu gün Türkiyədə ev həbsində olan amerikalı keşiş Endryu Kreyq Branson 4-cü dəfə hakim qarşısına çıxarılacaq.
"Marja" xəbər verir ki, Branson, PKK və FETÖ/PDY terror təşkilatları adına cinayət törətməkdə və casusluqda ittiham olunur. O, 35 ilə qədər həbs cəzası tələbi ilə mühakimə olunur.
Təxminən 2 ay öncə Bransonun səhhətindəki problemlər nəzərə alınaraq həbsxanadan evə köçürülüb.
Bir müddət öncə məhkəməyə, Branson barəsində ev həbsinin və xaricə çıxışı qadağasının ləğv edilməsi üçün müraciət edilmişdi. Məhkəmə müraciəti rədd etmişdi.
Bransonun məhkəməsi Bakı vaxtı ilə saat 10:30-da İzmir 3-cü Ağır Cinayət Məhkəməsində başlayacaqdır.
Məhkəmənin Bransonu sərbəst buraxacağı gözlənilir. Bu ehtimal Lirənin bahalaşmasına səbəb olur.
Bu gün Türk Lirəsi Dollar qarşısında 1% dəyər qazanıb. Bakı vaxtı ilə saat 10:14-də Dollar/TL məzənnəsi 5.8684 səviyyəsinə düşüb. Dünən Lirə Dollar qarşısında 3% bahalaşmışdı.
Qeyd edək ki, ABŞ, keşiş Endryu Bransonu azadlığa buraxılacağını gözlədiyini açıqlayıb.
Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.
"COMMERZBANK"IN PROQNOZU
"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib.
İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.
Ekspert, yaxın gələcəkdə geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.
RABOBANK-IN PROQNOZU
"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







