İri Azərbaycan bankı 18 milyon manat qazanıb

“Xalq Bank” 2018-ci ilin 9 ayının 17 milyon 959 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin eyni dövrünü 13 milyon 124 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar - sentyabr dövründə “Xalq Bank”ın cəmi gəlirləri 86 milyon 118 min manat (82 milyon 146 milyon manatı faiz, 3 milyon 972 min manatı qeyri-faiz gəliri), cəmi xərcləri isə 48 milyon 6 min manat (17 milyon 512 min manatı faiz, 30 milyon 495 min manatı qeyri-faiz xərcləri) təşkil edib.
Müqayisə üçün bildirək ki, 2017-ci ilin 9 ayında “Xalq Bank”ın cəmi gəlirləri 84 milyon 271 min manat (74 milyon 872 min manatı faiz, 9 milyon 399 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 46 milyon 141 min manat (19 milyon 809 min manatı faiz, 26 milyon 332 min manatı qeyri-faiz xərcləri) təşkil etmişdi.
Cari ilin 9 ayında xərclər gəlirlərdən çıxıldıqdan sonra “Xalq Bank”ın 38 milyon 111 min manat əməliyyat mənfəəti qalıb. Bank əməliyyat mənfəətinin 17 milyon 836 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 2 milyon 347 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank, 9 ayı 17 milyon 959 min manat xalis mənfəət ilə başa vurub.
2017-ci ilin 9 ayında "Xalq Bank" 38 milyon 129 min manat əməliyyat mənfəətinin 25 milyon 51 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırmışdı. Ehtiyatlara ayırmanın aşağı düşməsi Bankda problemli kreditlərin azaldığına işarədir.
30 Sentyabr 2018-ci il tarixində “Xalq Bank”ın müştərilərə verdiyi kreditlər 1 milyard 179 milyon 745 min manat təşkil edib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 312 milyon 223 min manat idi. 9 ayda Bankın cəmi aktivləri 1 milyard 813 milyon 647 min manatdan 1 milyard 941 milyon 13 min manata qalxıb. Aktivlərin artmasını təmin edən əsas səbəblərdən biri “Xalq Bank”ın digər banklardakı depozitlərini 3,3 dəfə artıraraq 154 milyon 326 min manata çatdırmasıdır. Bankın nağd vəsaitləri, Mərkəzi Bankda müxbir hesabda və "Nostro" hesablarda vəsaitləri artıb.
30 Sentyabr 2018-ci il tarixində “Xalq Bank” 268 milyon 796 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
40 d. əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
16 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
16 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Ən çox oxunanlar

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
