Gömrük üçün büdcə tapşırığı artırılacaq
2019-cu ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 4,2%-i həcmində olmaqla 3 milyard 451,6 milyon manat nəzərdə tutulur.
2019-cu il dövlət büdcə zərfinə görə, bu, 2018-ci ilin proqnozundan 261,6 milyon və ya 8,2%, 2017-ci ilin icrası ilə müqayisədə isə 842,8 milyon manat və ya 32,3% çoxdur.
2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolma aşağıdakı kimi proqnozlaşdırılır.
Əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 293,6 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 73,6 milyon manat və ya 3,3% çoxdur. Artımın səbəbi qeyri-neft idxalının artımla proqnozlaşdırılmasının nəzərə alınması olub.
Aksiz vergisi üzrə daxilolmalar 325 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 153 milyon manat və ya 89% çoxdur. Artıma səbəb ölkəyə idxal edilən aksizli mallara nəzərət sisteminin təkmilləşdiriləmisinin proqnozlarla nəzərə alınması olub.
Gömrük rüsümları üzrə daxilolmalar 801 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 33 milyon manat və ya 4,3% çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının adxalarının dərəcələrinin spesifikə keçidinin nəzərə alınmasıdır.
Yol vergisi üzrə daxilolmalar 32 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin ilin proqnozu ilə müqayisədə 2 milyon və ya 6,7% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)




.jpg)





