Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft ucuzlaşmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ucuzlaşmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Neft ucuzlaşmaqda davam edir.


"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:20-də Brent nefti 1% ucuzlaşma ilə 75,68 dollardan, ABŞ xam nefti isə 0,2% ucuzlaşma ilə 66,30 dollardan alıcı tapıb.

Reklam_3_11

 

Neft qiymətlərinin düşməsinə, Səudiyyə Ərəbistanının bazarda kəsir olması vəziyyətində onu bağlayacağına dair açıqlaması səbəb olub. Həmçinin qlobal investorlar riskli aktivlərdən uzaq durmağa başlayıblar. Dünən və bugün ABŞ və Asiya indeksləri kəskin düşüb. 

 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının "mümkün olduğu qədər istehsal etmə rejimində" olduğunu bildirib.

 

Qeyd edək ki, noyabrdan ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi və bunun İranın ixracının kəskin azalacağına səbəb olacağı gözlənilir. İranın ixracı azalacağından neft qiymətlərinin yüksələcəyi ehtimal edilir. İndi Səudiyyə Ərəbistanı bəyan edir ki, OPEC yarana biləcək kəsiri bağlamağa hazırdır.

 

Həmçinin Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları artıb və bu vəziyyət həddindən artıq təklifə dair narahatlıqları gücləndirib.

25.10.2018 06:27
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18