Azərbaycandan alınan neft Belarusa ikiqat baha başa gələcək
Belarus, söz verdiyi kimi, Rusiyadan neft idxalını azaltmaq məqsədilə başqa bazarlarda axtarışlarını davam etdirir. "Moskosvki komsomolets" qəzeti xəbər verir ki, ilk olaraq rəsmi Minsk İrandan 600 min barel neft almağa qərar verib. Başqa sözlə, diversifikasiya göz önündədir. Lakin nəql və gömrük rüsumlarını nəzərə alsaq, diversifikasiya Belarusa 25-30% baha başa gələcək. Rusiyadan idxal tam dayandırıldığı halda isə Belarusun neftə çəkdiyi xərc 1,7 mlrd. dollaradək artacaq. Qeyd edək ki, hazırda bu rəqəm 840 mln. dollardır.
A. Lukaşenko əbəs yerə İranı neft-qaz sektorunda tərəfdaş seçməyib. Bildiyimiz kimi, hasilatın azaldılması ilə bağlı Vyanada razılaşma imzalayan OPEC İran üçün istisna edib. Belə ki, qonşu ölkə hasilatı Qərbi ona qarşı yürütdüyü sanksiyalaradək olan səviyyəyə çatdıracaq. Belarus da bundan istifadə etdi. "Finam" investisiya şirkətinin analitiki Aleksey Kalaçyov deyir ki, hasilatı imkanları ilə yanaşı, İranın neft ehtiyatları da kifayət qədərdir. "İran təklif etdiyi qiymət Rusiya tərəfindən təklif olunandan ciddi fərqlənməyəcək", - deyə o bildirib.
Məlum səbəblərdən Rusiya Belarusa neft ixracını 4,5 mln. tondan 4 mln. tonadək azaldıb. İran Milli Neft Şirkəti isə Belarusa 600 min barel, yəni 80 min ton neft ixrac edəcək. Fərq göz qarşısındadır.
Rəsmi Minsk isə axtarışlarını davam etdirir. Belarus il ərzində Rusiyadan 21 mln. ton neft idxal edir, özü isə 1,5 mln. ton hasil edir. Bununla yanaşı, ölkə ərazisində neft istehlakı 6 mln. ton səviyyəsindədir. Başqa sözlə, Rusiyadan idxal olunan neftin qalan hissəsi MDB ölkələrinə təkrar ixrac olunur.
"Alpari" şirkətinin analitik departamentinin direktor müavini Natalya Milçakova qeyd edir ki, Belarus artıq nefti yalnız Rusiyadan deyil, Venesueladan da alır. Düzdür, Venesuela nefti Belarusa ikiqat baha başa gəlir: "Təxminən eyni bahalıqda İrandan idxal olunan neft başa gələcək. Bildiyimiz kimi, Belarus Azərbaycanla da neft alışına dair danışıqlar aparır. Bu ölkədən idxal da ikiqat baha başa gələcək. Beləliklə, Belarus il ərzində neft idxalına 840 mln. dollar deyil, 1,7 mlrd. dollar xərcləyəcək".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
-
19 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 26 d. əvvəl
-
31 d. əvvəl
İndiyədək ən böyük neft ehtiyatları bazara çıxarılacaq - NEFT DAHA DA UCUZLAŞIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
1 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
16 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"




























