Çində daha bir “Azərbaycan Şərab Evi” açılıb

Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir.
Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) yerləşən “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. “Azərbaycan Şərab Evi”ndə yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur.
“Azərbaycan Şərab Evi”nin açılışına həsr olunmuş tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanın xarici ölkədə ilk Şərab Evi də məhz bu ilin sentyabrında Çində - Urumçidə açılıb. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.
NAzir əlavə edib ki, Azərbaycan məhsullarının Çində tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Honq-Konq, Quancou, Şanxay və Urumçi şəhərlərinə ixrac missiyaları təşkil edilib, Lucouda Azərbaycanın Ticarət, Urumçidə Şərab evləri açılıb,
Şanxay “Vayqaoçao Group Co. Ltd” şirkətinin baş direkorunun müavini Can Hao çıxış edərək vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Şanxayda açılan “Azərbaycan Şərab Evi” də iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfəsini verməklə yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.
Sonra tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olublar. Şərab evində məhsulları nümayiş olunan şirkətlərin təmsilçiləri şərab və spirtli içkilər barədə məlumat veriblər.
Azərbaycan nümayəndə heyəti “Direct İmported Goods” (“DİG”) marketlər şəbəkəsində də olub. Qeyd edək ki, artıq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “DİG” marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Həmin gün Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin Çinə səfəri, Birinci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan pavilionlarında məhsullarımızın nümayiş olunması, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib, Limanın ərazisi də daxil olmaqla azad iqtisadi zonanın yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
13 saat əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 2 gün əvvəl
-
2 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
2 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 2 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
