“İrana qarşı yeni sanksiyalar neft qıtlığına səbəb olmayacaq”
"ABŞ-ın İrana qarşı yeni sanksiyaları dünya bazarında neft qıtlığına səbəb olmayacaq. Baxmayaraq ki, bu sanksiyaların fonunda səkkiz ölkənin İran neftini almaq hüququ var".
TASS-ın verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rusiya 24” televiziya kanalına müsahibəsində bildirib.
“Hələ bir müddət əvvəl biz deyirdik ki, İrana qarşı sanksiyalar tətbiq edilərsə, bazarda təklif qıtlığı yaranacaq və sual verirdik ki, bu qıtlığı hansı ölkələr ödəyə biləcək. İndi isə ən azından yaxın bir ay üçün artıq belə bir vəziyyət yoxdur. Bütün bunlar bazar tərəfindən nəzərə alınır”, - deyə o bildirib.
A.Novak xatırladıb ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ərəfəsində bir neçə variant müzakirə edilib: “İranla bağlı bir çox qeyri-müəyyənliklər vardı, ən sərt sanksiyalardan ən yumşaqlarına kimi müxtəlif variantlar təklif edilib. Kiyafət qədər orta variant qəbul edilib və səkkiz ölkəyə 180 gün ərzində İran neftini almaq imkanı yaradılıb. Bizim fikrimizcə, bu, həqiqətən də, bazardakı vəziyyəti dəyişdirib”, - deyə nazir əlavə edib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























