Bu şirkət “küçə rəssamlığı”na qarşı hər il 25 milyon avro xərcləyir
İspaniyanın “Renfe” dəmiryol şirkəti bildirib ki, o, vandalizmin qarşısını almaq və “küçə rəssamlığı”na qarşı mübarizə məqsədilə hər il 25 milyon avro xərcləməli olur. Şirkətin açıqlamasında bildirilir ki, vaqonların rənglənməsinə qarşı mübarizə üçün bu xərclər vergi ödəyicilərinin hesabına ödənir. Şirkət bildirib ki, son 10 ildə belə halların sayı təqribən iki dəfə artıb.
“Küçə rəssamları” qruplar şəklində birləşir və getdikcə daha aqressiv davranırlar. Bu isə həm sərnişinlər, həm də xidmət heyəti üçün təhlükəlidir.
“Küçə rəssamları” bəzən qatarlar marşrut üzrə hərəkət edən qatarlara “hücum edirlər”. Keçən il təqribən 200 min sərnişin bu səbəbdən qatarların gecikməsindən zərər çəkib.
“Renfe” şirkətində izah ediblər ki, “küçə rəssamları” tərəfindən rənglənmiş vaqonlar dərhal təmizlənməyə göndərilməlidir. Bu isə qatarların hərəkət qrafikinə mənfi təsir göstərir. Vaqonların təmizlənməsi ilə bağlı işlər bir həftəyə yaxın davam edir, “küçə rəssamları”nın istifadə etdikləri boyalar isə vaqonların səthini korlayır.
“küçə rəssamlığı”na qarşı mübarizə məqsədilə hər il 25 milyon avro xərc
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 8 d. əvvəl
- 32 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
Ən çox oxunanlar
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir




















