"Gələn il təlabatın 50 faizini təmin edə biləcəyik"
Azərbaycan özünü ipəkqurdu toxumu ilə tam təmin edə biləcək
Son 3 ildə bir sıra ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı baramaçılığa da təkan verilib. Bunun da nəticəsində müvafiq istiqamətdə əhəmiyyətli inkişafa şərait yaranıb. İlk növbədə insanlar üçün yadlaşmaqda olan gəlirli bir sahə yenidən dirçəlib.
İkincisi, baramaçılığın yem bazasının formalaşdırılması ilə paralel, həm də barama istehsalında dinamik artıma nail olunub. Bu da, öz növbəsində, tarixi ənənələri ilə tanınan Şəki İpək Kombinatının yenidən normal fəaliyyət göstərməsini stimullaşdırıb. Sadaladıqlarımız arasında ən vaciblərindən biri də bu ilin oktyabr ayında Prezident İlham Əliyevin Qax şəhərinə səfəri çərçivəsində tamamilə yenidən qurulan Qax Damazlıq-İpəkçilik Stansiyasının açılışını etməsidir.
Stansiyanın direktoru Əkrəm Fətəliyev məlumat verdi ki, bu müəssisə 1973-cü ildən fəaliyyət göstərir. O dövrdən burada elit və super elit ipəkqurdu toxumlarının hazırlanması həyata keçirilib. Həmin illərdə respublikanın 7 ədəd barama toxumu zavodu olub. Mövcud zavodlar məhz bu stansiyada istehsal olunan elit toxumla təmin ediliblər. Onlar da ondan hibrid toxum hazırlayaraq respublikanın ipəkqurdu toxumu ilə təminatını həyata keçiriblər.
Ə.Fətəliyev deyir ki, o zamanlarda Azərbaycanın xaricdən ipəkqurdu toxumu almasına ehtiyac olmayıb. Lakin müəssisə 1997-ci ildə fəaliyyətini dayandırıb. Səbəb isə ölkədə yaşanan iqtisadi böhran idi. Nə qədər çətin olsa da, 2002-ci ildə Şəki İpək Kombinatı ipəkqurdu toxumları ilə təminat məsələsini öz üzərinə götürüb. Lakin onların da xaricdən toxum alıb gətirmələrinə baxmayaraq, nəzərdə tutulan hədəfə çatmaqda problemlər yaşanıb.
Bir sıra sahələr kimi, dövlət dəstəyi baramaçılıqda da intibah dövrünün yaşanması üçün üfüqlər açdı. 2016-cı ildən bu sahənin inkişaf etdirilməsi dövlət başçısının xüsusi diqqətində olduqdan sonra vəziyyət tamamilə dəyişdi. Beləliklə, ölkəmizdə ipəkçiliyin növbəti inkişaf dövrü başlandı. Elə həmin il respublikamıza 1500 qutu ipəkqurdu toxumu gətirildi. Onun bir hissəsi İran İslam Respublikasından, digər hissəsi isə Çin Xalq Respublikasından idxal olundu. Onların da hamısının inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyasında həyata keçirildi. Burada dirildilən ipəkqurdu toxumları sonradan bölgü üzrə rayonlara paylandı.
2017-ci ildə isə 6 min qutudan 245 ton yaş barama istehsal edildi. Məhz elə həmin il ölkə Prezidenti İlham Əliyev Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması ilə bağlı sərəncam verdi. Bu məqsədlə 4,5 milyon manat pul vəsaiti ayrıldı. Cari ilin oktyabr ayında stansiyanın açılışı oldu. Burada ipəkqurdu toxumlarının hazırlanması üçün lazımi şərait var. Quraşdırılan müasir texnologiyalar isə qarşıya qoyulan məqsədə çatmaq istiqamətində hərtərəfli təminatlar yaradır.
Hazırda stansiyada xaricdən gətirilmiş "Elit” toxum var. Bu gün onun hazırlanması işləri gedir. Noyabrın sonunda o, soyuducuya qışlamaya qoyulur. 2019-cu ildə 6-7 min ton qutu aralığında toxum hazır olacaq. Keçən il ölkəyə 13 min qutu ipəkqurdu toxumu gətirilməsini nəzərə alsaq, o zaman mövcud potensialın tələbatın təxminən 50 faizini təmin edəcəyi qənaəti yaranır. Hazırkı templə 2021-ci ildə stansiya respublikanın ipəkqurdu toxumu tələbatını tamamilə təmin edə biləcək. Ümumiyyətlə isə stansiyanın istehsal gücü 40 min qutuya müəyyənləşib. Bu da 1 ton 200 kiloqram ipəkqurdu toxumu deməkdir. Həmin toxumdan da 2 min ton yaş barama istehsalı mümkündür. Gələcəkdə istehsal həcminin daha da artırılması nəzərdə tutularsa, o zaman əlavə zavodun tikilməsinə ehtiyac yaranacaq.
Nəzərdə tutulan hədəfə çatmaq isə yalnız mərhələlərlə aparılan iş şəraitində mümkündür. Bu zaman mütləq yem bazasının yaradılmasına diqqət yetirilməlidir. Hazırda həmin istiqamətdə ardıcıl tədbirlər görülür. Bu məqsədə nail olunması üçün həm ÇXR-dən idxal olunan, həm də yerli şəraitdə yetişdirilən tut tingləri sahələrə köçürülür. Qeyd olunan işlər paralel aparıldığı üçün qarşıdakı hədəfə çatmaq şübhə yaratmır. Hədəf isə 2025-ci ildə respublikamızda 6 min ton yaş barama istehsalına nail olmaqdır.
Qax Damazlıq-İpəkçilik Stansiyası fəaliyyətini yalnız toxum hazırlanması və onun realizəsi ilə məhdudlaşdırmır. Müəssisənin təcrübəli mütəxəssisləri vaxtaşırı rayonlarda olaraq kümdarlarla görüşür. Qeyd edək ki, 2018-ci ildə ölkəmizdə 3200 nəfər kümçülüklə məşğul olub. İl ərzində respublika 7 region üzrə bölünərək hər birində ipəkqurdu bəsləyən bütün rayonların kümdarları cəlb olunaraq onlara seminarlar keçirilib. Seminarlarda kümxanaların mövsümə hazırlanması, ipəkqurdunun yemləmə qaydası, saxlanan məkanın temperaturu, xəstəliklərdən qorunma qaydaları izah olunub.
Qeyd edək ki, hazırda stansiyada 11 nəfər çalışır. Layihə tam gücünə çatdıqda isə bu həcm 60 nəfər təşkil edəcək. Mösümi işlər zamanı isə əlavə götürülən müvəqqəti işçilərlə birlikdə burada çalışanların sayı təxminən 150 nəfər təşkil edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əli SƏLİMOV, "Azərbaycan”
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
- 17 d. əvvəl
-
-
48 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
1 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 13 saat əvvəl
-
16 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
16 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Ən çox oxunanlar
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək






















