“Bakıxanov-Çörək”in torpağı “AzVirt”in borcuna görə girov qoyulacaq
7 yanvar 2019-cu il tarixində “Bakıxanov-Çörək” АSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələ daxildir:
“Bakıxanov-Çörək” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda yerləşən ümumi sahəsi 2.3 hektar torpaq sahəsinin “AZVİRT” MMC-nin “PAŞA Bank” ASC qarşısında kredit xətti müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “PAŞA Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Yığıncaq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, “Badukubə” şadlıq evində keçiriləcəkdir
Qeyd edək ki, sovet dövründən çörək istehsalı ilə məşğul olan "Bakıxanov-Çörək" ASC-nin torpaq sahəsi “AzVirt” MMC tərəfindən icarəyə götürülüb. Əgər "Bakıxanov-Çörək" ASC-nin səhmdarları razılıq versələr, “AzVirt” icarəyə götürdüyü torpağı kredit məqsədləri üçün də istifadə edəcəkdir.
“Bakıxanov-Çörək” ASC-nin 99 faiz səhminə malik olan iki səhmdar “Azvirt”in təsisçiləridir.
Əmlakın yüklü edilməsi (və ya girov qoyulması)– həmin əmlak üzərində qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasıdır.
Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























