"Fed bazarları təəccübləndirməyəcək"
Amerikalı iqtisadçılar, ABŞ Mərkəzi Bankının (Fed) bu həftə, 2018-ci ildə sonuncu dəfə faiz artıracağını və gələn il faizin artırılacağı sayı ilə bağlı proqnozunu 3-dən 2-yə endirəcəyini gözləyirlər.
"Marja" xəbər verir ki, "Moody's Analytics"in direktoru Ryan Sweet Fed-in faiz nisbətini 25 bənd artıraraq 2.25-2.50 faiz aralığına qaldırmasını gözlədiyini qeyd edərək, "Fed, bazarları təəccübləndirməyəcək və ilin son iclasında 4-cü dəfə faiz artıraraq 2018-i planlaşdırdığı kimi başa vuracaqdır",- deyib.
Dekabr ayı Fed iclasından sonra çox mesaj veriləcəyini deyən Sweet, "İqtisadi artım və inflyasiya proqnozları aşağı salınacağına görə, Fed-in gələn il 3 əvəzinə 2 dəfə faiz artıracağı siqnalını verməsini gözləyirik", - ifadəsini istifadə edib.
Sweet, açıqlama mətnində Fed-in, gələcəkdə məlumatlara daha həssas olacağını qeyd edərək, "faizin mərhələli artırılması uyğundur" cümləsinin yeni mətndə yer almayacağını ya da daha "göyərçin" bir ifadə ilə dəyişdiriləcəyi proqnozunu verib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in dekabr iclasının ardından maraqlı bir mərhələyə qədəm qoyacağını qeyd edərək, "Fed-in bu həftə "göyərçin" bir faiz artımı etməsini gözləyirəm",- deyib.
Fed-in pul siyasətini müəyyənləşdirən FOMC-ın "göyərçin" (yumuşaq pul siyasəti tərəfdarı) tonunun qərar mətninə də əks olunacağını qeyd edən O'Sullivan, "siyasət faizində mərhələli əlavə artımlar, iqtisadiyyatın davamlı böyümə, güclü məşğulluq bazarı və 2 faiz inflyasiya hədəfilə uyğun" cümləsinin mətndən çıxarılacağı proqnozunu da verib.
O'Sullivan, gələn il 3 dəfə faiz artırılacağına dair gözləntisini qoruduğunu, ancaq bu toplantının ardından gözləntilərini yeniləyə biləcəyini söyləyib.
Jim O'Sullivan Fed-in səbrli olacağını qeyd edərək, "Fed rəsmiləri, məşğulluq göstəriciləri nisbətən güclü qalmaqda davam etsə belə, yenə də faiz artırmadan əvvəl 3 aydan daha çox gözləmək istəyəcəklər. Faizlər xeyli yüksəlib,maliyyə şərtləri sərtləşib. Bu səbədən Fed faiz artırmağa fasilə verə bilər",- deyib.
Fed faiz qərarını sabah Bakı vaxtı ilə saatı 23.00-da açıqlayacaq. Saat 23:30-da isə Fed sədri Jerome Pauellin mətbuat konfransı başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






