Gecə neftin bahalaşmasının səbəbləri məlum oldu
Neft qiymətləri, Fed sədri Cerom Pauellin vəzifədən azad olunacağına dair narahatlıqların azalması və ABŞ-Çin ticarət danışıqlarında yaxşılaşma əlamətləri ilə yüksəlib. Gecə Brent neftinin qiyməti 8,7% qalxaraq 55 dolları keçib. Sonradan qiymət 54,32 dollara düşüb.
"Marja" xəbər verir ki, ABŞ hökumətindən bir heyət gələn ilin ilk həftəsi Çinli rəsmilərlə ticarət məsələsində danışıqlar aparmaq üzrə Pekinə gedəcək. Gözlənilən görüş, dünyanın ən böyük iki iqtisadiyyatının ticarət gərginliyi məsələsində irəliləyiş təmin etməkdə olduğuna dair gözləntiləri gücləndirib.
Neft qiymətlərinin yüksəlməsi müvəqqəti ola bilər. İnvestorlar, OPEC və tərəfdaşlarının azaltdığı hasilatın ABŞ-da artan şist nefti hasilatını bağlamayacağından narahatdırlar. ABŞ-da artan hasilat OPEC və tərəfdaşlarının hasilatı azaltmalarını puç edə bilər. Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin neftə tələbi zəiflədəcəyi narahatlıqları da var.
Brent neftinin qiyməti Oktyabr ayında gördüyü dörd ilin ən yüksək səviyyəsindən (86 dollar) təxminən 40 faiz düşüb.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
34 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 41 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib







.jpg)




.jpg)








