Təbiətimizi qoruyaq, ödənişləri onlayn keçirək! - AGBANK-DAN İNTERNET BANKİNQ
(®) Təbiətimizi qorumaq, kağız tələbatını azaltmaq və ödənişləri onlayn keçirtmək üçün AGBankın İnternet Bankinq xidmətinə qoşulmağa tələsin!
İnformasiya texnologiyaları dövründə, hər hansı bir maliyyə əməliyyatını həyata keçirmək üçün bankın filiallarına getmək və dəyərli vaxtınızı əvvəl tıxaclarda, sonra isə növbələrdə sərf etməyə artıq ehtiyac yoxdur. Hər-hansı bir xidmət haqqını və ya kommunal xidmətlərin hesablarını ödəmək, qohumlarınıza və ya dostlarınıza pul köçürmək, diqər pul köçürmələri, valyuta mübadiləsi, çıxarışlar və ya sadəcə kredit, əmanət, cari və kart hesablarına nəzarət etmək və daha çox xidmətlər, gündə 24 saat, həftədə 7 gün AGBankın İNTERNET BANKİNG xidmətindən istifadə edərək mümkündür.
Bank hesablarını banka gəlmədən nəzarət etmək və idarə etmək üçün imkan yaradan ilk sistemlər 1980-ci illərin ortalarında ABŞ-da müştərilərə təqdim edildi. Home Banking ("Home Bank") adlandırılan xidmət bankın kompüterinə telefon vasitəsi ilə qoşulmaq və ən sadə əməliyyatları aparmaq imkan yaradırdı. Sonra, İnternet texnologiyaların inkişafı öz növbəsində onlayn bankçılıq sisteminin inkişafına da təkan verdi.
05 may 2014-cü il tarixindən etibarən AGBank ASC "İnternet Bank xidməti"ni müştərilərinin istifadəsinə verib. Azərbaycanda fəaliyyət göstərən banklar arasında AGBank “İnternet Bankinq” xidmətinin təhlükəsizliyinə görə High-Tech Bridge və Qualys beynəlxalq İT araşdırma şirkəti tərəfindən A+ dərəcəsinə layiq görülmüşdür. Keçən ilin nəticələrinə görə isə Ingiltərənin ən nüfuzlu online və çap jurnallarından biri GLOBAL BANKING & FINANCE REVIEW MAGAZINE hər il keçirtdiyi GLOBAL BANKING & FINANCE AWARDS® – 2017 – Award Winners Best Internet Banking Azerbaijan 2017 nominasıyasında AGBank ASC qalıb elan edib
(https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2017-award-winners/)
Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edir. Daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər.
Məsafəli bank xidmətlərinin inkişafı AGBank-ın əsas prioritetlərindən biridir. Xidmətlərin siyahısı hər zaman yenilənir və funksionallığı genişləndirilir – hər şey müştərilərin rahatlığı üçün!
Bəs İnternet Banking xidməti vasitəsi ilə hansı xidmətlərdən yararlanmaq mümkündür?
Şəxsi hesablar / kartlar arasında ödənişlər
Bankın müştərilər arası köçürmələri
Kommunal ödənişlər
Büdcəyə ödənişlər
Valyuta köçürmələri
Rubl (RUR) köçürmələri
Kütləvi ödənişlər
Kartdan karta köçürmə
Kartdan şəxsi cari hesaba köçürmə
Cari hesabdan şəxsi kart hesabına köçürmə
Konvertasiya əməliyyatları
Ölkə daxili və xarici bank köçürmələrinin aparılması
Xidməti aktiv etmək üçün, AGBankın istənilən Filialına müraciət
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 15 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO

























