"Fed faiz məsələsində səbirli olmaq qabiliyyətinə malikdir"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel, Vaşinqton DC İqtisadiyyat Klubunda etdiyi çıxışında, "Fed faiz nisbətləri məsələsində səbirli olmaq qabiliyyətinə malikdir" deyib.
Pauel qeyd edib ki, iqtisadiyyatı səbirlə və diqqətlicə izləyirlər.
"Fed-in balansını kiçiltməsi lazımdır. Əmək bazarı bir çox istiqamətdən olduqca güclüdür. Maliyyə bazarları aşağı istiqamətli risklər barədə narahatlıqlarını dilə gətirirlər",- Pauel deyib.
Cerom Pauel, "2018-ci il ABŞ iqtisadiyyatı üçün çox yaxşı idi. Yüksək durğunluq riskinə dair heç bir şey görmürəm" şəklində danışıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ Prezidenti Donald Trampdan bu ana qədər bir görüşmək dəvəti almadığını, belə bir dəvət gələrsə imtinanın uyğun olmayacağını, keçmişdə Fed sədrlərinin ABŞ prezidentəri ilə görüşdüyünü qeyd edib.
Artan gömrük tariflərinin ABŞ iqtisadiyyatında gözlə görülən bir iz buraxmadığnı qeyd edən Pauel, "Əgər ticari anlaşılmazlıqlar daha aşağı tariflərə gətirib çıxaracaqsa bu yaxşı bir vəziyyətdir. Ən böyük narahatlığım qlobal iqtisadi artımdadır. Çinin yavaşlayan iqtisadiyyatını izləyirəm və bu vəziyyət narahatlıq yaradır. Brexit-dən qaynaqlanacaq bir maliyyə pisləşməsi gözləmirəm",- deyib..
Pauel, "İnflyasiyanın 2% ətrafında olmasını gözləyirəm. Balansı daha normal bir səviyyəyə çevirmək istəyirik",- əlavə edib.
Fed sədri Federal hökumətin bir müddət bağlı qalmasının ABŞ iqtisadiyyatına çox təsir etmədiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 25 d. əvvəl
-
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















