Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb
Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib.
Vergilər Nazirliyinə istinadən xəbər verilir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.
Bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergi ödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergi ödəyicilərinə "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə" və "Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında" (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır.
Xatırladaq ki, dövlət başçısının 2 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 30 aprel 2018-ci il tarixli 190 nömrəli Qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı"na "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi" məzmununda bənd əlavə edilmişdi. Yeni xidmət bu qərara uyğun olaraq vergi ödəyicilərinin istifadəsinə verilib.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
6 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















