Dünyanın ən dəyərli markalarının adları açıqlandı
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 markası - Qlobal 500-2019" araşdırması başa çatıb.
"Marja" araşdırmaya istinadən xəbər verir ki, keçən il 151 milyard dollarlıq marka dəyəri ilə ilk yeri tutmuş "Amazon", dəyərini 25" artıraraq 188 milyard dollarla yerini qoruyub.
Dünya nəhəngləri arasında "Apple" 154 milyard dollarla ikinci, "Google" 143 milyard dollarla üçüncü, "Microsoft" da 120 milyard dollarla 4-cü yerdədir.
Söz mövzusu siyahıda 91 milyard dollarla Cənubi Koreyanln "Samsung" şirkəti 5-inçi, 87 milyard dollarla ABŞ-ın telekommunikasiya şirkəti "AT&T" 6-ıncı, 83 milyard dollarla "Facebook" 7-inci, 80 milyard dollarla Çin bank ICBC 8-inci, 71 milyard dollarla ABŞ-ın "Verizon" şirkəti 9-uncu, 70 milyard dollarla "China Construction Bank" 10-cu yerdədir.
Bu il dəyərini ən yüksək nisbətdə artıran marka 326% artımla Çinli texnologiya şirkəti iQiyi olub. Keçən il 1 milyard dollar olan marka dəyərini bu il 4,3 milyard dollara qaldıran şirkət, siyahıya 483-ünçü sıradan daxil olub.
Ən çox dəyəri itirən marka isə JD.com olub. Şirkətin marka dəyəri 42% geriləmə ilə 11,4 milyard dollara düşüb.
Ətraflı: brandfinance.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
18 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir







.jpg)













.jpg)


