Yeni agentlik pul verəcəyi bankları belə seçəcək – MEYARLAR
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və "Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları”nı təsdiq edib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 19 dekabr 2018-ci il tarixli fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb.
Əsasnamə aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatlarının seçilməsini həyata keçirmək üçün yaradılan Müsabiqə Komissiyasının fəaliyyətini tənzimləyir. Komissiyanın fəaliyyət istiqamətlərinə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini təmin etmək və Agentliklə müvəkkil kredit təşkilatları arasında bağlanan müqavilə üzrə kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müəyyən etmək daxildir. Komissiyanın tərkibini kənd təsərrüfatı naziri təsdiq edir. Komissiyanın tərkibinə nazirlikdən 2 üzv, Agentlikdən 1 üzv və qeyri-hökumət təşkilatlarından 2 üzv olmaqla, cəmi 5 üzv daxildir. Komissiya sədr, onun müavini, digər üzvlərdən və katibdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın katibi Agentliyin inzibati vəzifə tutan əməkdaşlarından təyin olunur. Komissiyanın sədri nazirliyin üzvlərindən seçilir, sədr müavini isə Agentliyin üzvüdür. Komissiyanın sədri olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə, Komissiyanın sədr müavini onu əvəz edir. İctimai əsaslarla fəaliyyət göstərən Komissiyanın üzvlərinin səlahiyyət müddəti 3 ildir. omissiyanın üzvlərinin azı üçü iştirak etdikdə, Komissiya iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab edilir. Komissiyanın fəaliyyət istiqamətləri üzrə məsələlərə 7 iş günü ərzində baxılaraq nəticəsi barəsində Komissiyanın iclasında müvafiq qərar qəbul edilir. Komissiyanın üzvü müvəkkil kredit təşkilatının aidiyyəti şəxsidirsə, həmin müvəkkil kredit təşkilatı ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.
Müvəkkil kredit təşkilatlarının seçilməsi ilə bağlı aşağıdakı sənədlər Agentlik tərəfindən Komissiyaya təqdim edilir:
- müvəkkil kredit təşkilatının hüquqi statusuna dair sənədlər (təsis sənədləri, lisenziya (icazə);
- müvəkkil kredit təşkilatının təkbaşçı icra orqanının rəhbəri və İdarə Heyətinin sədrinin təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;
- müvəkkil kredit təşkilatının məsul şəxslərinin imza nümunələri və möhürünün əksi;
- kənar auditor rəyi ilə təsdiq olunmuş son bir il üçün maliyyə hesabatları (əgər mövcuddursa);
- müvəkkil kredit təşkilatının filialları haqqında məlumat;
- beynəlxalq reytinq agentlikləri tərəfindən banka verilmiş reytinq barədə məlumat (əgər belə reytinq verilibsə);
- Azərbaycan Kredit Bürosu ilə müvəkkil kredit təşkilatları arasında məlumat təchizatına dair müqavilənin surəti;
- Agentliyin və ya Komissiyanın sorğusu əsasında müvəkkil kredit təşkilatının maliyyə-statistik göstəriciləri, prudensial normativləri, habelə maliyyə vəziyyətinin qiymətləndirilməsi barədə qanunvericiliyə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından və müvəkkil kredit təşkilatından alınmış sənədlər (məlumatlar).
Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları isə aşağıdakılardır:
- Müvəkkil kredit təşkilatının maliyyə hesabatlarının, kapital adekvatlığı və kapital dəyişmələrinin qənaətbəxş olması;
- prudensial normativlərə və tələblərə əməl etməsi, onun fəaliyyətinin "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunların və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinə uyğun həyata keçirilməsi;
- maliyyə bazarlarına nəzarət orqanının və digər orqanların verdiyi lisenziyaya və ya icazəyə daxil edilmiş məhdudiyyətlərə əməl etməsi;
- maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tətbiq edilən təsir tədbirlərinin növü, müddəti, ağırlığı.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
21 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















