Onlayn müştəri olmaq və hesab açmaq imkanı - İLK DƏFƏ
Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank unikal bir imkanı, filiala gəlmədən Bankın müştərisi olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin əldə edilməsi imkanını təqdim edir.
Yeni müştərilərə vaxta qənaət etməklə müxtəlif valyutalarda hesabın açılması üçün onlayn edilən müraciəti bir neçə dəqiqə ərzində rəsmiləşdirmək fürsətini verən bu xidmət hazırda fərdi sahibkarlar üçün əlçatandır. Müştərilərin istifadəsinə verilmiş xidmət minimum tələblərə cavab verir və bu həll davamlı olaraq təkmilləşdirilir. Ölkədə ilk dəfə olaraq fərdi məlumatlar fərdi sahibkarın elektron razılığı əsasında Elektron Hökumət İnformasiya Sistemindən əldə olunaraq vaxta qənaət etməyə imkan verir və müştərilər “Asan İmza” mobil elektron imza vasitəsilə xidmətdən istifadə edərək lazımi sənədləri təsdiqləyirlər.
PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun dediklərinə əsasən, 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində PAŞA Bank müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatlarını öyrənərək müasir texnoloji həllər üzərində işləyir və tezliklə öz müştərilərini digər rəqəmsal həllərlə də sevindirəcək.
“Sahibkarların əsas diqqəti biznesin strateji idarə olunmasında cəmləşir və bu səbəbdən, vaxta qənaət və onlayn bank xidmətlərindən istifadə ön plana çıxır. PAŞA Bank tərəfindən hazırlanmış və təqdim edilmiş bu imkanın bankla müştərilər arasında münasibətlərin yeni daha təkmil səviyyəyə qalxmasına, beləliklə, bank sektorunda rəqəmsal həllərin inkişafına töhfə verəcəyinə əminəm. Bu sahədə həyata keçirdiyimiz təşəbbüslər həmçinin ölkəmizin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin icrasının dəstəklənməsini də hədəfləyir” – deyə cənab Kazımov bildirmişdir.
Bundan əlavə, PAŞA Bank yaxın zamanda yeni hüquqi şəxs müştəriləri üçün onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim edəcək.
Xidmətdən istifadə buradan mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
























