"Göz həkiminin adına 1.4 milyon manatlıq kredit xətti açılıb"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən Səlahəddin Qədirov dindirilib.
O, D.Xəlilovun "General Consalting" şirkətinin tikinti deportamentinin rəhbəri olduğunu bildirib: "Dünyamin müəllimin xahişi ilə kredit müqavilələrinə baxmamış qol çəkmişəm. Çünki ona çox inanırdım. Ona görə də heç bir sənədə baxmadım".
S.Qədirov qeyd edib ki, şirkətdə çalışan zaman Zaqatala və Qusar Olimpiya Kompleksinin tikintisini həyata keçiriblər.
Məhkəmədə elan olunub ki, "Aygün inşşat"la "Olshin strin" şirkəti ilə mal-materialın alınması üçün müqavilə bağlanılıb. Beynəlxalq Bankdan da 27 milyon 800 min manat kredit ayrılıb. Həmin kredit müqavilələrinə də S.Qədirov imza atıb.
Təqsirləndirilən şəxs isə D.Xəlilova inandığını, yalnız onun dediklərinə əməl etdiyini söyləyib: "Mən heç banka da getməmişəm".
Daha sonra digər təqsirləndirilən Ramin Əhmədov ifadə verib. O deyib ki, D.Cəlilovun şirkətində ölkənin regionlarında olan idman klublarına sponsurluq ediblər: "Zaqatalada "Simurq" futbol klubu, Şəkidə voleybol klublarına yardım edirdik".
R.Əhmədov bildirib ki, D.Xəlilovun şirkətlərində çalışan zaman sabiq deputatın istəyi ilə bir neçə kredit müqavilələrinə imza atıb: "Mən şirkətin turizim, idman deportamentinin rəhbəri idim. Həm "General Consalting", həm də "Pərvanə" MMC-nin rəhbər vəzifəsində çalışırdım. Sonra hərbi xidmətə yollandım".
Məhkəmədə elan olunub ki, R.Əhmədov "Cargill" əməliyyatında iştirak edib. Həmin xarici şirkət "Pərvanə" MMC ilə 36 min soya paxla məhsulu və sosiskaların alınması üçün müqavilə bağlayıb. Bu sənədlərə də o, imza atıb.
İxtisasca hüquqşünas olduğunu söyləyən R.Əhmədov D.Xəlilovun göstərişi ilə müqavilələrə qol çəkdiyini deyib: "Mən bankdan kredit götürməyə belə getməmişəm. Sadəcə sənədləri imzalamışam".
Təqsirləndirilən Mahir Qafarov ifadə verən zaman vurğulayıb ki, daha əvvəl Şəki şəhər Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. O, daha sonra sığorta şirkətində işlədiyini bildirib: "Cahangir Hacıyev və Dünyamin Xəlilovu yaxından tanıyıram. Hər ikisi Şəkiyə gələndə xəstəxanaya baş çəkirdilər. 2011-ci ildə sığorta şirkəti bağlandı, Cahangir Hacıyevə işlə bağlı müraciət etdim. Sonra Dünyamin Xəlilovla görüşdüm, məni işlə təmin etdi. 2012-ci ildə Şəkidə yerləşən "Greenhel hotel"in müdiri oldum".
Göz həkimi olmuş M.Qafarov qeyd edib ki, adına Beynəlxalq Bankdan 1 milyon 400 min kredit xətti açılıb: "Bu barədə də 2015-ci ildə istintaq idarəsində bildim. Müavinim Raniz həmin kredit xəttindən 125 min manat bankdan götürüb. Otelin möhrü məndə olmayıb. Bankdan kredit götürüləndə də orada olmamışam. Sənədlərə müavinim imza atıb. Ümumiyyətlə bu kreditin götürülməsindən xəbərim olmayıb".
Məhkəmədə elan olunub ki, M.Qafarovun müavini Bakıda işləyirmiş.
M.Qafarov bildirib ki, müvini D.Xəlilovun göstərişi ilə kredit sənədlərə imza atıb.
Prosesdə Fəxrəddin Heybətov da dindirilib. Təqsirləndirilən şəxsin sözlərinə görə, D.Xəlilov onu əvvəl "General Consalting", daha sonra "Unior" şirkətində işlə təmin edib: "Şirkətdə satış meneceri və direktoru əvəzi kimi çalışmışam. 560 manat maaş alırdım. Şirkətin mühasibi Çingiz sənədlər təqdim edirdi, mən də qol çəkirdim. Soruşanda deyirdilər ki, hər şey qanun çərçivəsində həll olunur".
Dövlət ittihamçısı F.Heybətova suallar verərkən xatırladıb ki, təqsirləndirilən şəxs 10 milyon manatdan çox kredit sənədlərə qol çəkib.
F.Heybətova dəymiş ziyanı ödəmək istədiyini, lakin imkanının olmadığını bildirib.
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
-
15 d. əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
-
26 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 29 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi





















