Rusiyalı nazir OPEC-in martda Bakıda keçiriləcək görüşündən danışıb - "NƏTİCƏSİ..."
Rusiyanın energetika naziri Aleksandr Novak Bakıda keçiriləcək “OPEC+” görüşünün nəticələrinin qeyri-müəyyən ola biləcəyini düşünür.
Nazir bu haqda müsahibəsində bildirib.
Aleksandr Novak “OPEC+” razılaşmasının daxilində gedən işin xırdalıqları haqda danışıb:
“Martın ikinci yarısında Bakıda monitorinq komitəsinin görüşü keçiriləcək. Onlar razılaşmanın (“OPEC+”) həyata keçirilməsinə nəzarət edirlər və nazirlərin görüşü üçün tövsiyələrini hazırlayırlar. Nazirlərin görüşündə isə artıq 25 ölkənin təmsilçisi iştirak edəcək. Biz yanvar və fevral aylarında işin gedişatı haqda texniki komitələrin hesabatlarını dinləyəcəyik, bazarın mövcud durumunu qiymətləndirəcəyik, birinci və ikinci yarımillikdə durumun inkişafını proqnozlaşdıracağıq, həmçinin təklif və tələbin balansını dəyərləndirəcəyik”.
Lakin nazir, bir sıra amillərin müəyyən olmadığına görə, Bakı görüşünün nəticələrinə dair proqnoz verməkdə çətinlik çəkdiyini vurğuladı:
“İndidən hansı qərarların qəbul olunacağı haqda danışmaq istəməzdim. Ayrı-ayrı dövlətlərin addımları adətən çətin proqnozlaşdırıla bilən amillərə öz təsirini göstərə bilər. Məsələn, İrana qarşı sanksiyalar, və yaxud Venesuelaya dair bəyanatlar”.
Aleksandr Novak hal hazırda neft qiymətlərinin həm istehsalçıların həmdə istehlakçıların maraqlarına uyğun olduğunu, neft bazarında vəziyyətin stabil qaldığını bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








