231 ailə birləşərək toxum istehsalı kooperativi yaradıblar - AZƏRBAYCANDA İLK
Sabirabadın Axısxa kənd sakinləri torpaqlarını birləşdirərək ilk toxum istehsalı kooperativin əsasını qoyublar.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycanda torpaqların konsolidasiyası və kooperativlərin yaradılması istiqamətində daha bir uğurlu addım atılıb. Sabirabad rayonunun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında martın 1-də Sabirabad rayonun Axısxa kəndnin ərazisində “Sabirabad rayonu axısxalılar toxum istehsal kooperativi” yaradılıb.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Axısxa kəndinin vətəndaşlarına ümumilikdə 1084 ha torpaq sahəsi verilib.
Yeni yaradılmış kooperativ ümumilikdə 709 nəfərdən ibarət 231 ailəni birləşdirir. Kooperativ üzvlərindən 346 nəfəri kişi, 363 nəfəri qadındır. Kooperativin sərəncamında ümumilikdə 730 hektar torpaq sahəsi var.
"Qeyd edək ki, aqrar sektorun effektiv inkişafının təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən sayılır. Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarda çıxışı təmin etmək üçün ən optimal yol kooperativləri inkişaf etdirməkdən keçir. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı ilə əlaqədar olaraq 2016-cı il iyunun 14-də “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib. Həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Kooperativlərin yaradılmasında başlıca məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperativ üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq",- NAzirliyin məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıblar. Kooperativin ümumi sahəsi 850 hektardır.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 14 saat sonra
- 11 saat sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
6 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
7 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş



















