Gürcüstanın Azərbaycana borcu azalıb
Bu il fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 7 milyon 435 min dollar təşkil edib.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384 min dollar azalıb.
Ötən ay Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18 milyon 549 min dollar azalaraq 5 milyard 448 milyon 110 mindollar təşkil edib. Bu məbləğin 5 milyard 280 milyon 353 min dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (323 milyon732 min dollar), Fransa (252 milyon 478 min dollar) və Yaponiya (213 milyon 345 min dollar) daxildir.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalaraq, müvafiq olaraq 14 milyon 273 min dollara, 58 milyon 773 min dollara və 8 milyon 305 min dollara düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
4 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 24 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.




















