Böyük Britaniya Parlamenti Brexit-in təxirə salınması təklifini təsdiq edib
Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa Birliyi ilə əldə etdiyi “Brexit” razılaşmasını üçüncü dəfə parlamentdə səsverməyə qoyacaq.
Böyük Britaniya parlamenti, hökumətin Brexit müqaviləsinin yenidən səsverməyə çıxarılmasını və Brexit-in 30 İyuna təxirə salınmasını ehtiva edən təklifini qəbul edib.
Hökumətin daha əvvəl 2 dəfə rədd edilən Brexit müqaviləsinin 20 Martdan əvvəl bir daha səsverməyə çıxarılmasını nəzərdə tutan təklifi, parlamentin alt qanadı İcmalar Palatasında 202-yə qarşı 412 səslə qəbul edilib.
Təklifə görə, müqavilənin parlamentdən keçməsi vəziyyətində Theresa May hökuməti, Avropa Birliyindən (AB) Brexit-in 30 İyuna qədər təxirə salınmasını tələb edəcək.
Hökumətin, tələbini, Avropa Birliyinə 21 Martda keçiriləcək liderlər zirvəsində bildirməsi nəzərdə tutulur.
İcmalar Palatasında keçirilmiş səsvermədə, Brexit-in yenidən referenduma çıxarılması və Brexit tarixinin daha uzun müddətli təxirə salınmasını nəzərdə tutan təkliflər isə rədd edilib.
Baş nazir Theresa May-ın Avropa Birliyi ilə razılaşdırdığı Brexit müqaviləsi İcmalar Palatasında 15 Yanvarda və 12 Martda keçirilən səsvermələrdə rədd edilmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Parlament, dünən keçirilən səsvermədə də ölkənin AB-dən müqaviləsiz ayrılmaması barədə təklifə dəstək vermişdi.
Britaniyanın AB-dən 29 Martda çıxması zərurəti daha əvvəl parlamentdən keçən Brexit Məcəlləsində yer alır.
Böyük Britaniyada 23 İyun 2016-da keçirilən referendumunda 48 faizə qarşı 52 faiz ilə Brexit qərarı verilmişdi.
Ayrılıq prosesi 29 Mart 2017-də rəsmən başlayıb. Normal tarixə görə, Britaniyanın 29 Martda Avropa Birliyindən rəsmən ayrılması lazımdır.
Baş nazir açıqlama ilə çıxış edib. Bildirib ki, əgər millət vəkilləri “Brexit”in uzun müddətlik təxirə salınma riskini almaq istəmirlərsə müqaviləni təsdiqləməlidirlər.
Avropa Şurasının sədri Donald Task öz “Twitter” hesabından etdiyi açıqlamada belə deyib: “Əgər Böyük Britaniya “Brexit” strategiyasını yenidən nəzərdən keçirmək və kompromisə gəlmək istəyirsə, üzv olan ölkələrdən Şuranın iclası zamanı uzun müddətlik təxirə salma prosesinin başlanması çağırışını edəcəyəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
- 36 d. əvvəl
-
54 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!



























