Bank sədri: Onlara bankdan pay verib xarici borcdan xeyli xilas olduq
"Hazırda “AccessBank”ın əlavə vəsaitə ehtiyacı yoxdur. Yeni səhmdarların cəlb edilməsində məqsəd, Bankın xarici borclarını paya (səhmə) çevirməklə bu borclardan xilas olmaq idi".
Bunu “Marja” “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Bankın sədrinin sözlərinə görə, yeni səhmdarların hamısı ötən illər “AccessBank”a kredit ayırmış beynəlxalq maliyyə institutlarıdır. “AccessBank” bu təşkilatlara olan borclarının əvəzinə səhm verib:
“Danışıqlara başlayan zaman bir kommersiya şirkəti istisna, digər kreditorlar həvəslə öz alacaqlarının kapitala çevrilməsinə razı oldular. “Cargil” şirkəti isə səhm deyil, pulunu istədi. Yeni səhmdarlarımız da bu şirkətin pulunu ödədilər. Kapitallaşma prosesi başlayan zaman bizim təqribən 266 milyon manat xarici borcumuz var idi. Borcun kapitala çevrilməsi və digər sərmayələr nəticəsində “AccessBank”ın 266 milyon manat olan xarici boru bu gün təxminən 66 milyon manata düşüb. Xarici borcun azalması nəticəsində faiz və digər xərclərimiz də azalacaqdır”.
Anar Həsənov qeyd etdi ki, hazırda “AccessBank”ın əlavə pula ehtiyacı yoxdur: “Bankın likvidliyi yüksəkdir və 100 milyon manatdan artıq likvid vəsaitləri var. Devalvasiya biz daxil bank sektoru üçün dərs oldu. Təcrübə göstərdi ki, xaricdən valyutada kreditlər cəlb etmək və kim hansı valyutada kredit istəyir o valyutada kredit ayırmaq risklidir. Biz çalışırıq ki, kreditləri öz kapitalımız və yerli bazardan cəlb etdiyimiz əmanətlər hesabına verək”.
Xəbər verdiyimiz kimi, “AccessBank”ın kapitalının 118.5 milyon manat məbləğində artırılması, o cümlədən yeni səhmlərin emissiyası və mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşüdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb. Nəticədə “AccessBank”ın səhmdarlarının sayı 6-dan 13-ə, nizamanmə kapitalının məbləği isə 140 milyon manatdan 258 milyon manata, məcmu kapitalının məbləği isə 30 milyon manatdan təxminən 70 milyon manat səviyyələrinə yüksəlib.
Səhmdarların yeni pay bölgüsü:
- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları:
- responsAbility SICAV (Lux) - 2.91%
- responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
15 Noyabr 2018-ci il tarixində yuxarıda adları çəkilən investorlar arasında bankın kapitallaşması ilə bağlı saziş imzalanmışdı. Sazişin “AccessBank”a 184 milyon manat məbləğində sərmayənin yatırılmasını nəzərdə tutduğu, bu vəsaitdən 118,5 milyon manatının Bankın nizamnamə kapitalının artırılmasına yönəldiləcəyi və bunun nəticəsində səhmdar kapitalın 258 milyon manata çatacağı açıqlanmışdı.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 16 d. əvvəl
-
21 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 46 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
2 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib




















