70 illik tarixlə gələcəyə…
(®) 1949-ci ildən təməli qoyulan Holcim-in Qaradağ Sement Zavodu bu il 70 illik yubileyini təntənəli tədbirlə qeyd etmişdir.
“70 illik tarixlə gələcəyə” konsepsiyası altında keçirilən tədbirə, şirkətin əməkdaşlıq etdiyi tərəfdaşları ilə yanaşı bir çox dəyərli qonaqlar da qatılmış, şirkətə öz arzularını və təbriklərini çatdırmışdılar.
Qonaqları salamlayan şirkətin rəhbərliyi, son illərdə görülən işlər, şirkətin siyasəti və gələcək planları barədə ətraflı məlumat vermişdir.
“70 il ərzində bir çox ilklərə imza atan Holcim Azərbaycan bundan sonra da ölkə iqtisadiyyatına müsbət təsir edəcək layihələr üçün yüksək keyfiyyətli məhsulların istehsal edilməsində öz töhfəsini verməyə çalışacaq. Gəlin sabahın bünövrəsini birlikdə quraq”, - Holcim şirkətinin Baş Direktoru Frederic Guimbal yubiley tədbirində qeyd etdi.
Sovetlər dönəmində “Qaradağ Sement” markası kimi tanınan zavod, bu gün Holcim Azərbaycan olaraq klinker, qalaq və kisə sementi istehsalında innovativ həllər tətbiq edən qabaqcıl müəssələrdən biridir. Qlobal təcrübəyə və keyfiyyətə malik olan Holcim Azərbaycanın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlmişdir. Buna Heydər Əliyev adına Beynəlxalq Hava limanı, Ələtdə yerləşən Bakı limanı, Koroğlu qovşağı, SOCAR-ın, SOFAZ-ın və AZƏRSU-nun inzibati binaları, Yeni Bulvar, Bakı Metropoliteninin yeni stansiyaları, Bakı Gəmiqayırma zavodu-nu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar uçün, istərsə də strateji və innovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.
Holcim üçün əsas dəyəri onun işçi heyətidir. Bu illər ərzində sınaqdan keçmiş mehriban və peşəkar kollektivdə qırx illik təcrübəyə malik qocaman işçilər cavan nəslə dəstək olur, cavan nəsil isə öz növbəsində LafargeHolcim-in müasir bilik və təcrübələrini yaşlı nəslin nümayəndələri ilə bölüşür. Bu dayanıqlı birlik peşəkar kadrların yetişməsinə təkan olur. Məhs buna görə bu gün 10-dan çox Holcim işçiləri dünyanın hər bir yerində həm şirkət daxili həm şirkətdən kənar vəzifələrdə çalışırlar. Kollektivin şanlı və kədərli tarixçəsi də var. Qaradağ Sementin 7 əməkdaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşlar.
Beynəlxalq təcrübəyə əsaslanaraq və müştərilərin istək və tələblərinə ceviklik göstərərək şirkətdə müxtəlif təyinatlı hidravlik əsaslı məhsulların istehsalı da həyata keçirilir. İstehsal olunan yol yapışdırıcıları məhsulları həm ölkə daxilində həm də regiona daxil olan ölkəkərin yol infrastrukturunda geniş tətbiq olunur.
Sabahın bünövrəsini birlikdə quraq!
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
22 d. əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
36 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
3 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb




















