Yaxın günlərdə fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq
Son 3 ayda vergi qeydiyyatına alınan kommersiya hüquqi şəxslərin 81,3%-i elektron şəkildə müraciət edib.
Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Ə.Məmmədovun sözlərinə görə, ötən ilin sonunda bu rəqəm 69,8% olub: "Bu isə təxminən 11-12%-lik artım deməkdir".
Nazirlik rəsmisi yaxın günlərdə fiziki şəxslərin də elektron qeydiyyata alınacağını açıqlayıb:
"Artıq fiziki şəxslərin də elektron şəkildə qeydiyyata alınmasına başlamağı düşünürük. Bununla bağlı iş gedir. Fiziki şəxslər də FİN-kod və mobil identifikasiya vasitəsi ilə onlayn şəkildə qeydiyyata alınacaq".
Ə.Məmmədov Nazirliyin "Asan İmza" sertifikatlarının da elektron şəkildə verilməsinə hazırlaşdığını qeyd edib: "Artıq biz bu məsələnin üzərində işləyirik. Daha "Asan İmza" sertifikatları təkcə kağız formada deyil, həm də elektron şəkildə təqdim ediləcək. Həmçinin bu yolla elektron imza sahibləri onun müddətini də uzada biləcəklər".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı





















