Azərbaycan Danimarkaya növbəti dəfə Alüminium profil ixrac edir
3 mart, 2019-cu ildə Azərbaycandan Danimarkaya növbəti yerli istehsal olan alüminium profillər yola salınıb. İxracat “Made in Azerbaijan” brendinin ən uğurlu təmsilçilərindən olan STP-nin aldığı sifariş əsasında həyata keçirilib.
Bu Azərbaycanın Danimarkaya ixrac etdiyi ikinci alüminium profillər sifarişidir. İlk sifariş 2018-ci ilin noyabr ayında həyata keçirilib. Danimarka tərəfi məhsuldan razı qaldığı üçün daimi sifariş vermək qərarına gəlib. STP 2019-cu ildə həmin şirkət vasitəsilə Danimarkaya daha bir neçə dəfə alüminium profillər satmağı planlaşdırır.
İxrac olunan alüminium profillər ən müasir avadanlıqlarda, ən keyfiyyətli xammaldan istifadə olunaraq istehsal olunub. Məhsul Danimarkada sənaye və mülki obyektlərin tikintisində istifadə olunacaq.
Sumqayıt Texnologiyalar Parkın 2014-cü ildən başlayaraq fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, misəritmə sahələri fəaliyyət göstərir.
STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda da yüksək maraqla qarşılanır.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu ilin dekabr ayının 22-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istismara verilib. Hazırda texnoparkda mövcud olan 13 zavodda 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu istehsal sahələri həm ölkəmizin, həm də xarici ölkələrin neft-qaz, energetika, tikinti və kənd təsərrüfatı sektorlarını geniş çeşiddə məhsullarla təmin edir. Kabellər, polimer borular, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar texnoparkın təklif etdiyi məhsullardan sadəcə bir qismidir. Texnologiyalar Parkı xüsusilə də 500 Kv-luq ifrat yüksək gərginlikli elektrik kabellərinin, Lan və fiber-optik kabellərin, 1200 mm PE 100 borularının regionda yeganə istehsalçısıdır. Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təchiz edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditasiyadan keçib. Burada istehsal olunan bütün məhsulların müvafiq keyfiyyət sertifikatları mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
49 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)





.jpg)






